1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Rəsmi xronika
14.06.2017 / No22

 

 

 


* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də R.F.Qasımova Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də V.M.Səfərlinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

* İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçiriləcək Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərinin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiyanın, Belarusun, Özbəkistanın, Qırğızıstanın, Tacikistanın, Qazaxıstanın gömrük xidmətlərinin rəhbərlərini və MDB İcraiyyə Komitəsinin sədri-icra katibini qəbul edib.

* İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərhum energetika naziri, “Şöhrət” ordenli, əməkdar mühəndis Natiq Əliyevin məzarını ziyarət edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxarianı qəbul edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Bolqarıstan Respublikasının baş prokuroru Sotir Tsatsarovu qəbul edib.

* İyunun 13-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib.

* Azərbaycan Prezidenti İlham Əliyev iyunun 10-da Ağstafa rayonunun Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 9-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə dövlət bayramları-Rusiya Günü münasibətilə təbrik məktubu göndərib.

* Dövlət başçısı İlham Əliyev iyunun 9-da Filippin Respublikasının Prezidenti Rodriqo Duterteyə bu ölkənin milli bayramı-Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

* Azərbaycan Prezidenti İlham Əliyev iyunun 9-da Abşeron rayonunun Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 9-da imzaladığı sərəncamla Azərbaycanda energetika sisteminin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə Balababa Hüseynağa oğlu Rzayevi 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
 

yuxarı ⤴