1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Milli Qurtuluşdan intibaha
14.06.2017 / No22

 
 

 

 


İyunun 12-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və “Səs” Media Qrupunun birgə təşkilatçılığı ilə universitetin Böyük Akt zalında 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan intibaha” adlı tədbir keçirilib. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, sonra 15 İyun-Milli Qurtuluş Gününü əks etdirən film nümayiş etdirilib.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı bildirib ki, 1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixinə hərc-mərclik, fəlakətli bir dövr kimi daxil olmuşdur. Yalnız ulu öndər Heydər Əliyevin xalqın böyük istəyi və tələbi ilə yenidən respublikamızda hakimiyyətə qayıtması Azərbaycanı siyasi-iqtisadi böhrandan, vətəndaş müharibəsi təhlükəsindən xilas etdi. Azərbaycanda daxili ictimai-siyasi sabitlik təmin edildi, ölkəmiz tərəqqi və inkişaf yoluna çıxdı. 15 İyun-Milli Qurtuluş Günü Milli Məclisin qərarı ilə 1997-ci il iyunun 27-də rəsmiləşdirildi. Həmin vaxtdan xalqımız 15 iyunu əlamətdar bir tarixi gün kimi qeyd edir və bu günü müstəqil Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi qiymətləndirir.
Milli Məclisin deputatı, YAP-ın Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev, “Səs” Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev çıxışlarında ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açıblar.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxışında tədbirin rəhbərlik etdiyi ali təhsil müəssisəsində keçirilməsinə görə YAP-ın və “Səs” Media Qrupunun rəhbərliyinə, eləcə də millət vəkillərinə təşəkkür edib. Rektor bildirib ki, tariximizin gənclərə dərindən öyrədilməsi baxımından bugünkü tədbir mühüm əhəmiyyət kəsb edir.
 

yuxarı ⤴