1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Elmi-praktik konfrans
14.06.2017 / No22

 
 

 

 


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycan Respublikası Memarlıq, İnşaat Elminə və Tədrisin İnkişafına Yardım Xeyriyyə Fondu, “Azəristiliktəchizat” ASC və AzMİU-nun mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının birgə təşkilatçılığı ilə “Müasir istilik təchizatında proqressiv texnologiyalar” mövzusunda elmi-praktik konfrans keçirilib.
AzMİU-nun elm və texnika işləri üzrə prorektoru, professor Arif Şərifov konfransın plenar iclasını açıq elan edərək müzakirə olunacaq mövzunun aktuallığını diqqətə çatdırıb. Gənc tədqiqatçıları bu mövzunun araşdırılmasında yaxından iştirak etməyə səsləyib. A.Şərifov, həmçinin kafedra və “Azəristiliktəchizat”ın birgə əməkdaşlığını təqdirəlayiq hal kimi qiymətləndirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı Zakir Musayev müasir dövrdə istilik təchizatında enerjiyə qənaət edilməsi məsələsinə toxunub, bu istiqamətdə beynəlxalq institutlarda aparılan təqdiqatlardan söz açıb. Dekan bildirib ki, konfransın mövzusu gələcəkdə bu sahədə aparılacaq işlərə istiqamət verəcək.
Konfransda çıxış edən “Azəristiliktəchizat” ASC nəzdində MMC-nin prezidenti Rəşad Abdullayev konfransın yüksək səviyyədə təşkil edilməsində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib. Qurumun məntəqələrində yaşayış evlərinin və binalarının, habelə sosial və digər təyinatlı obyektlərin istilik təchizatı işlərini həyata keçirdiyini qeyd edib.
Plenar iclasda ekologiya kafedrasının müdiri Fəqan Əliyev “Müasir istilik təchizatında proqressiv texnologiyalar”, mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri Nurməmməd Məmmədov isə “Müasir istilik təchizatı sistemlərinin enerji effektivliyinin artırılması” mövzularında məruzə ediblər.
Konfransda xarici qonaqlar da iştirak ediblər.
Daha sonra konfrans öz işini 2 bölmədə davam etdirib.

yuxarı ⤴