1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






SABAH tələbələri üçün karyera sərgisi
14.06.2017 / No22

 

 

 


İyunun 9-da SABAH qrupları və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) birgə təşkilatçılığı, 31 şirkətin iştirakı ilə karyera inkişafı sərgisi keçirilib.
Sərginin keçirilməsinin məqsədi cari tədris ilində işəgötürənlərin diqqətinin SABAH qruplarının məzunlarına yönəldilməsi, məzunların birbaşa olaraq şirkət nümayəndələri ilə görüş və tanışlığına imkan yaradılmasıdır.
Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək sərginin SABAH qruplarının tələbə və məzunlarının gələcək karyeraları üçün geniş imkanlar yaratmasından və peşəkar kadr hazırlığının təmin edilməsindəki rolundan danışıb. Nazir müavini “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası çərçivəsində yaradılmış SABAH qruplarının ilk məzunlarının karyera istiqamətlərinə dəstək göstərilməsi məqsədilə həyata keçirilən tədbirləri diqqətə çatdırıb və onların ölkəmizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova Təhsil Nazirliyinə AmCham ilə yüksək səviyyəli əməkdaşlığına görə təşəkkür edib. Natəvan Məmmədova işəgötürənlərlə daimi partnyorluğun önəmini vurğulayaraq sərgidə iştirak edən şirkətlərə təşəkkür, tələbələrə isə uğurlar arzu edib. İcraçı direktor sərginin nəticəsi olaraq gənclərin ölkənin aparıcı şirkətlərində işlə təmin olunacağına ümid etdiyini bildirib.
Sərgidə 38 ixtisas üzrə təhsil alan tələbələr iştirak etməklə təcrübə proqramları və işə qəbul vakansiyaları ilə tanış olmaq, öz CV-lərini birbaşa olaraq şirkətlərə təqdim etmək imkanı qazanıblar. Sərgi SABAH Karyera Akademiyası çərçivəsində tələbə və məzunların işə düzəlmə istiqamətində fəaliyyətinə dəstək olmaq məqsədi daşıyır.
Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 ali təhsil müəssisəsində yaradılmış, tələbələrə daha üstün təhsil və inkişaf imkanları təklif edən ən aparıcı layihələrdəndir. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 46 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. 2016-2017-ci tədris ili üzrə SABAH qruplarının ilk məzunlarının sayı 722 nəfərdir.
Azərbaycanda Amerika Ticarət Palatası ölkənin aparıcı və ən nüfuzlu xarici biznes assosiasiyasıdır. 250-dən artıq üzv şirkəti təmsil edən AmCham Azərbaycan üzvlərinin ticarət və sərmayə maraqlarını effektiv şəkildə müdafiə edir. AmCham-ın üzvü olan şirkət Azərbaycan və ABŞ hökumətində biznes məlumatları və əlaqələrinin geniş şəbəkəsinə, eləcə də Amerika Ticarət Palatası vasitəsilə Avropa Şurası və Avropa üzrə dəyərli məlumatları əldə etmək imkanına malik olur.
 

yuxarı ⤴