1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






ADU-nun rektoru Hindistanın səfiri ilə görüşüb
14.06.2017 / No22

 

 

 


İyunun 9-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüşüb.
Qonağı salamlayan rektor K.Abdulla Hindistan kimi böyük bir ölkənin ADU ilə əməkdaşlığından məmnunluğunu bildirib. O, universitetdə “Səfir saatı” adlı klubun yaradılmasının planlaşdırıldığını qeyd edib. Rektor bildirib ki, bu layihənin məqsədi ADU-ya gələn səfirlərin təkcə müvafiq mərkəzlərlə deyil, digər strukturlarla da əlaqələrinin qurulması və onların universitetdə mühazirələr oxumasıdır. O, səfiri “Səfir saatı”nda mühazirə oxumağa dəvət edib.
ADU-nun rektoru səfirə universitetə göstərilən qayğıya və tələbələrin Hindistanda təcrübə keçməsinə şərait yaradıldığına görə təşəkkür edib. O, hindi dili və mədəniyyətinin təbliği istiqamətində işlərin genişləndiriləcəyini deyərək Hindistan universitetlərinin birində Azərbaycan Mərkəzinin yaradılmasını təklif edib.
Rektor K.Abdulla Azərbaycanın dünyada multikulturalizm mərkəzlərindən biri sayıldığını deyib və Hindistanın da multikultural ölkə olduğunu sözlərinə əlavə edib. O, hər iki ölkənin bu istiqamətdə bir-birindən öyrənmək imkanlarının olduğunu vurğulayıb. Rektor ilk addım olaraq Hindistanın hər hansı bir universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlamağı təklif edib. “Bu fənni tədris etmək üçün müəllim göndərməyə hazırıq”-deyən K.Abdulla sonda səfirə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını hədiyyə edib.
Səmimi qəbula görə təşəkkür edən səfir S.Rana Hindistanın ADU ilə əlaqələrindən söz açıb. O, universitetdə fəaliyyət göstərən Hindistan mərkəzinin il ərzində təxminən 10 tələbə qəbul etdiyini qeyd edib. Səfir yaxın vaxtlarda Hindistandan ADU-ya müəllim gələcəyini və nəticədə tələbələrin Hindistan haqqında daha dolğun məlumatlar əldə etmək imkanlarının yaranacağını sözlərinə əlavə edib. O, Hindistan universitetləri ilə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi ilə bağlı danışıqlara başlayacağını vurğulayıb.
 

yuxarı ⤴