1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Saniyədə beş trilyon kadr çəkən kamera
14.06.2017 / No22

 
 

 

 


Yusif ƏLİYEV



İsveçin Lund Universitetinin alimləri təsvirləri saniyədə beş trilyon dəfəyə qədər tutmaq imkanına malik kamera nümayiş etdiriblər. Bundan əvvəlki rekord 4,4 trilyon kadr plankaya nail olan yaponlara məxsus olub.
www.nanonewsnet.ru  saytının məlumatına görə, kamerada hər bir kadr eyni zamanda bir neçə təsvir haqqında informasiyanı özündə saxlayır. Kameranın çaxmağı açıldıqda lazer işıqları çəkilmiş obyekti bir neçə dəfə işıqlandırır. Hər belə işıq xüsusi şifrələyən açar sayəsində kadrdan konkret təsviri daha sonra seçməyə imkan verərək xüsusi üsulla vizual şifrələnir. Bu kimi kameraların yaradılması alimlər üçün tamamilə yeni imkanlar açır. Artıq pikosaniyələr, hətta femtosaniyələr ərzində baş verən hadisələri təsvir etmək mümkün olacaq.
Tədqiqatçılar bu kameranı plazmanın davranışını, müxtəlif kimyəvi reaksiya proseslərini təsvir etmək və s. məqsədlə istifadə etməyi planlaşdırırlar.


“Apple” ən güclü stolüstü kompüterini təqdim edib



“Apple” korporasiyası “Mac”ın bütün kompüterlərindən güclü olan yeni “iMac Pro” stolüstü kompüterini təqdim edib. O, müxtəlif modifikasiyalarda 8 və 18 nüvəli Xeon prosessoru, eləcə də qrafika, video və onlayn-oyunlar üçün güclü elektron içliklə təchiz edilib.
Şirkətin vitse-prezidenti Con Ternus bildirib ki, istehsalçılar kompüteri 27 düym diaqonal ekranlı “iMac Retina 5K” dizaynının qabığına yerləşdiriblər. Hesablama gücü 22 teraflops olan kompüter 128 Gb əməli yaddaşı dəstəkləyir.
www.mir24.tv  saytının məlumatına görə, qurğu 2017-ci ilin dekabrında satışa çıxarılacaq. Tünd boz (space gray) rəngdə təqdim olunması nəzərdə tutulan yeni “iMac Pro”nun ABŞ-da başlanğıc qiyməti 4999 dollar təşkil edəcək.
Qeyd edək ki, şirkət, həmçinin 10,5 düym diaqonal ekran və qısaldılmış yan çərçivələrə malik yeni “iPad Pro”nu təqdim edib. Planşetin dəyəri 649 dollardan 949 dollara qədərdir. Satışlara gələn həftədən başlanılması nəzərdə tutulsa, qurğunu öncədən sifariş etmək də mümkündür.


Süni intellekt insanı bir çox sahələrdə üstələyəcək



Süni intellekt 2031-ci ilədək satıcıları, 2049-cu ilədək yazıçı belletristləri, 2053-cü ilədək cərrahları əvəz edəcək. Alimlərin fikrincə, 100-120 il sonra süni intellekt bütün işlərin öhdəsindən insandan daha yaxşı gələ biləcək.
Böyük Britaniyanın Oksford Universitetinin əməkdaşları süni intellekt texnologiyalarının hazırda müşahidə edilən sürətli inkişafının 2060-cı ilədək insanı bütün fəaliyyət sahələrində geridə qoymasına səbəb olacağını düşünürlər.
www.planet-today.ru  saytının məlumatına görə, Britaniya alimləri ilə onların amerikalı həmkarları - Yel Universitetinin tədqiqatçıları da həmfikirdir.
Futuroloqlar hesab edirlər ki, süni intellektin insan ağlına rəqib olaraq formalaşması bir neçə mərhələdə baş verəcək. Başlanğıc üçün, məsələn, süni intellekt bir dildən digərinə tərcümə etməyi öyrənəcək. O, indi də bu işin öhdəsindən gəlir, lakin proqnozlara əsasən, 2024-cü ilədək tərcüməçilər işsiz qalacaqlar. 2026-cı ilədək süni intellekt inşanı orta məktəb məzunları kimi yaza biləcək, 2027-ci ilədək isə ictimai yollarda çoxtonlu yük maşınlarını idarə edəcək.


Əlavə reallıq eynəyi cərrahlara “rentgen görməsi” verəcək



Əlavə reallıq sistemi 3D-təsvirin yaradılması üçün maqnit rezonans və kompüter tomoqrafiyasından istifadə edir. Beləliklə, cərrah xüsusi eynək vasitəsilə birbaşa pasiyentin bədənində virtual orqanları görəcək.
www.popmech.ru  saytının məlumatına görə, əlavə reallıq texnologiyaları tezliklə tibb sahəsində tətbiq edilə bilər. Onların köməyilə cərrahlar pasiyentin daxili orqanlarını bədəndə kəsik etmədən görə biləcəklər. Sistem real insanların öncədən əldə olunmuş məlumatlarından istifadə etməklə cərrahi manikenin üzərində sınaqdan keçirilib.
ABŞ-ın “Cambridge Consultants” şirkətinin texnologiyalar üzrə rəhbəri Simon Karqer bildirib ki, cərrahlar həmçinin birbaşa virtual orqanlarda qeydlər edə biləcəklər ki, bu da onlara əməliyyat prosesinə daha rahat nəzarət etməyə imkan verəcək. Bundan başqa, həkim virtual markerlə, məsələn, operativ müdaxilə zamanı ehtiyat edilməli sinirləri ayırd edə biləcək.
Karqer etiraf edir ki, yeni texnologiya hələ ki, ilkin mərhələdədir və onu real pasiyentlər üzərində sınaqdan keçirmək yalnız bir neçə il sonra mümkün olacaq. Tədqiqatçının sözlərinə görə, cərrahi xətaların meydana gəlməməsi üçün təsvir yüksək dəqiqliyə malik olmalıdır.

İKT.az saytının materialları əsasında

yuxarı ⤴