1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Milli Qurtuluş Gününə aid elmi-praktik konfrans
14.06.2017 / No22

 
 

 

 


Şakir CƏFƏROV

İyunun 13-də Bakıdakı 284 nömrəli tam orta məktəbdə “Həyatı insanlıq dərsi olan dahi: Heydər Əliyev” adlı elmi-praktik konfrans keçirilib.
15 iyun-Milli Qurtuluş Gününə həsr olunan tədbir Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 284 və 299 nömrəli məktəblərin birgə təşkilatçılığı ilə baş tutub.
Konfransda BŞTİ-nin nümayəndələri, məktəb direktorları, müəllimlər, şagirdlər və KİV əməkdaşları iştirak ediblər.
BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov “1993-cü ildən başlayan quruculuq və inkişaf yolu” mövzusunda məruzə edib. Natiq ulu öndər Heydər Əliyevin keçdiyi ömür yoluna qısaca nəzər salıb, 15 iyun-Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanda vətəndaş müharibəsinin, dövlətçiliyin məhv olmasının və ölkənin parçalanmasının qarşısının alınmasından bəhs edib. Ötən müddətdə Azərbaycanda əldə olunan əsaslı inkişafdan, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söhbət açıb.
Sonra şagirdlər ümummilli lider Heydər Əliyevə və Vətənə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyublar.
Həmçinin məktəblilər tərəfindən səhnələşdirilən Hüseyn Cavidin “İblis” əsərindən bir parça nümayiş olunub.
Sonda tədbirdə fəal iştirak edən bir qrup şagird fəxri fərmanla təltif edilib və onlara “Məktəblinin lüğəti” kitabı da hədiyyə olunub.

yuxarı ⤴