1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





ADMİU-nun tələbələri “Mədəniyyət” kanalı və “Azərbaycan” radiosunun birgə layihəsində
14.06.2017 / No22

 
 

 

 


Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Mədəniyyət” kanalının və “Azərbaycan” radiosunun təşkilatçılığı ilə gənc estrada ifaçılarının “Odlar ölkəsi” adlı konserti keçirilib.
Konsertdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi sənəti fakültəsinin I kurs tələbələri Tural Xəlilzadə O.Kazıminin “Bakının qızları”, Şəfiqə Abbasova T.Quliyevin “Qaynana” k/f-dən “Məhəbbətin çırağı”, I.Berlini “Cheek to cheek”, E.Prydz, S.Winwood, W.Jennings “Call on my”, II kurs tələbələri Sərxan Cəfərov T.Quliyevin “Bakı haqqında mahnı”, A.Menkenin “Beauty and the beast”, Şövqi Əmrahov E.Sabitoğlunun “Baladadaşın ilk məhəbbəti” k/f-dən “Sevgi mahnısı”, Güllü Bəhərzalova V.Gərayzadənin “Qaytar eşqimi”, Nigar Xəlilova T.Quliyevin “Sevinc mahnısı”, D.Frank, S.Kipner “Genie in a bottle”, IV kurs tələbəsi Safa Eldarov O.Kazıminin “Eşqimin bəxti” və P.Medley “Twist and shout” mahnılarını ifa ediblər.
Tofiq Əhmədov adına Estrada Simfonik Orkestrinin kiçik heyətinin müşayiəti ilə sonda bütün iştirakçıların ifasında E.İbrahimovanın “Ey Vətən” mahnısı səslənib.

yuxarı ⤴