1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Riyaziyyatdan dərs nümunəsi
14.06.2017 / No22

Şəkil1

Şəkil2

Cədvəl1

Şəkil3

 

 

 


Şəfəq ƏSKƏROVA,
Bakı şəhər Məktəb-Lisey Kompleksinin ibtidai sinif müəllimi

II sinif
Mövzu: Ölçülər. Nağıl-dərs; “Tıq-tıq xanımın macəralarında “Ölçü vahidləri”.”
Standart: 4.2.1, 4.2.1, 4.2.6
Məqsəd: - Şagirdlər santimetr (sm), desimetr (dm), kv(m) kimi ölçü vahidlərini tanıyır.
-1m, 1dm, 1sm-ə aid ölçüləri təsəvvür edir;
-ölçü vahidlərinə aid çevirmələri bilir;
-xətkeşin 0-dan fərqli bölgüsündən başlayaraq uzunluğu düzgün ölçür.
İnteqrasiya: ana dili (2.1.1, 2.1.2), texnologiya (1.3.3.)
İş forması: kiçik qruplarla iş, kollektiv iş.
İş üsulu: beyin həmləsi, təqdimat, müzakirə.
Resurslar: proyektor, kompüter, iş vərəqləri, paylamaq üçün abak, rəngli kağızlar, şəkillər.
Dərsin gedişi.
Motivasiya:
Ekranda müxtəlif ölçmələrə aid şəkillər, termometr, qədim əl tərəzisi, saat, metrə və xətkeş göstərilir. Suallar əsasında şəkillər üzrə müzakirə aparılır. Müzakirə zamanı uzunluğu ölçən şəkillərə daha çox diqqət yetirilir. Sonda mövzunun adı uşaqlardan alınır.
Şagirdlər 4 qrupa bölünür. Hər qrupun üzvləri müəyyən rənglərə uyğun masada əyləşirlər. Qruplara iş vərəqləri paylanır, mövzu üzərində iş başlanır.(Şəkil1)
Müəllim: Uşaqlar, sizin fikrinizcə, bu şəkildəki əşyaların hər biri nə üçündür?
Şagirdlərin hər biri öz fikrini söyləyir.
Müəllim: Bu əşyaların ümumi cəhəti nədir ?
Müxtəlif cavablar verilir, sonda hər birinin ümumi cəhəti ölçmə olduğu müəyyən edilir.
Müəllim uşaqların cavabları əsasinda elan edir ki, bu günkü dərsimizin mövzusu ölçülərdir.
Müəllimin izahı: Cəmiyyət mövcud olduğu vaxtdan insanlar müxtəlif işləri görərkən, yəni özlərinə paltar, ev tikərkən, yaxud hansısa bir əşyanı düzəldərkən onları müəyyən ölçülərə uyğun düzəltməli olmuşlar. Elə buradan da ölçmələr yaranmışdır. Əvvəllər insanlar uzunluqları təxmini ölçülərlə: qarışla, addımla, qolları ilə ölçürdülər. Cəmiyyət inkişaf etdikcə bu ölçmələri asanlaşdırmış, uzunluq vahidləri müəyyən edilmişdir. Bir-birindən fərqləndirmək üçün onlara adlar verilmişdir.
Bu ölçü vahidləri ədədlərin yanında qısa şəkildə (1sm, 2 dm) yazılır, geniş yəni - bir santimetr, 2 desimetr - şəklində tələffüz olunur. Belə yazılmış ədədlər-adlı ədədlər adlanır.
Dərsin izahından sonra mövzunu şagirdlərə əyani dərk etdirmək üçün öz partalarının üzərindəki əşyaları ölçdürməklə mövzunu bir daha mənimsətmiş oluram.
Müəllim: - Partanızın üstündəki kitabla dəftərinizi müqayisə edin, hansı böyükdür?
Təxmini uzunluqlarını deyin:
Şagirdlərin hər biri fikrini söyləyir.
Müəllim: Stolun üstündəki dəftəri ölçmək üçün nədən istifadə edərdiniz? (Xətkeşdən)
Doğrudur, kiçik ölçüləri xətkeşlə,uzun məsafələri metrlə və şəhərlər arasındakı məsafələri km-lərlə ölçürlər.
Tədqiqat sualı: Uzunluq ölçü vahidləri arasında hansı əlaqələr var?
Tədqiqatın aparılması:
Qruplara iş vərəqləri paylanır:
Uşaqlar, biz bu gün dərsimizi Azərbaycanın sevimli nağıllarından biri olan “Tıq-tıq”xanım nağılı üzərində quracağıq. Bu nağılı siz artıq cizgi filmlərindən tanıyırsınız. “Tıq-tıq” xanımın başına gələnləri bilirsiniz. Biz də bu gün “Tıq-tıq” xanıma bilik verməklə çətinlikdən çıxmağa kömək etməyə çalışacağıq. Çünki yalnız bilikli insan bütün çətinliklərə qalib gələ bilər.
Qrup 1:
Tıq-tıq xanım yola çıxır, çobana rast gəlir, çobandan təzə paltar tikməyə kömək istəyir. Çoban deyir:
- Sənə bir misal verəcəm. Həll edə bilsən kömək edəcəm. Əgər həll edə bilməsən kömək etməyəcəm. Çoban uzunluq vahidlərini (adlı ədədləri) müqayisə etmək üçün misallar verir. Tiq-tıq xanım çobanın verdiyi tapşırıqları yerinə yetirir, amma səhvləri olur və çoban ona kömək etmir. Bir az da çalışmağı tapşırır.
8sm....18mm 46mm.....6sm 1m...85sm
30sm....3dm 57mm....11sm 4dm5sm....45sm
10sm....50mm 10dm....100sm 6dm....1m
5dm=....sm 15mmm=1...5.... 10.....=1m
1sm5mm=...mm 98sm=...dm...sm 90mm=...sm
100sm=...m 58mm=...sm...mm 100...=1dm
8sm4mm=84... 71mm=7...1... 70dm=7...
Qrup 2:
Tıq-tıq xanım bir az da gedir, tülküyə rast gəlir, tülkünün verdiyi tapşırıqları yerinə yetirməyə çalışır, yenə də başa çıxa bilmir (Verilmiş məsələni həll edin, şərtini, planını yazın. Məsələyə uyğun şəkil çəkin).
Otağın uzunluğu 5 m-dir, dəhliz bundan 3 m uzundur. Otaqla dəhlizin birlikdə uzunluğu nə qədərdir?
Tıq-tıq xanım yorulsa da, yoluna davam edir. Axırda siçana rast gəlir, siçan xoş sözlərlə balaca xanımı dilə tutur, ancaq Tıq-tıq xanım siçandan kömək istəyir. Siçan Tıq-tıq xanımı başa salır ki, paltarı sən özün tikməlisən.
Nəhayət, Tıq-tıq xanım tənbəlliyi atıb, öyrənməyə başlayır. Öyrədəni tapır. O hesablamanı izah edir, fiqurların tərəfləri cəmini tapmağı öyrədir, paltarı kəsməyi də.
Tıq-tıq xanım qrup uşaqlarına qoşulub hesablamağa başlayır...
(Bir şagird Tıq-tıq xanım libasında gəlib uşaqlarla yazır.)
Qrup 3:
Tıq-tıq xanım: -Uşaqlar həndəsi fiqurların ölçülərini tapa bilir, çünki paltarlarının forması bu fiqurlara oxşayırdı. Sevincək işə başladı. (Verilmiş fiqurların tərəfləri cəmini tapın və çevirməni yerinə yetirin:)
Tapşırıq 1. Tərəfləri 8 mm, 7 mm və 10 mm olan üçbucağın tərəfləri cəmini tapın. Cavabı sm-lə ifadə edin:
Tapşırıq 2. Uzunluğu 12 mm, eni 5 mm olan düzbucaqlının tərəfləri cəmi nə qədərdir?
Tapşırıq 3.Tərəfi 5 mm olan kvadratın tərəfləri cəmi neçə sm-dir?
Qrup 4: (Şəklə uyğun məsələ qurun, planı və həllini yazın).
Tıq-tıq xanım növbəti məsələyə maraqla baxır, çünki qarşısına gözəl bir mənzərə şəkli çıxır, bu mənzərə onun keçdiyi yolları hesablamağa da kömək edəcəkdi. Tıq-tıq xanım çox həvəslə məsələni qurur.
Bir gün dovşan gəzməyə çıxdı. Dovşan palıd ağacına çatanda, palıddan 64 m aralıda bitmış şam ağacının yanında kirpi gördü. Dovşan və kirpi salamlaşmaq üçün qarşı-qarşıya gəlməyə başladılar. Kirpi 17 m, dovşan isə 42 m gedərsə, onlardan hansı palıddan uzaqda olacaq? Hansı daha çox məsafə qət etmiş olacaq? (Şəkil2)
Qruplar tapşırıqları yerinə yetirdikdən sonra işlər lövhədən asılır, seçilmiş şagirdlər təqdimat edir. Əvvəldən qruplar daxilindən seçilmış liderlər qrupların təqdimatını dinləyir, müzakirə edir (yəni müsbət və mənfi tərəflər müzakirə edilir), qruplar qiymətləndirilir.
Kriteriyalar: (Təqdimat edən şagirdin nitqinə, tapşırıqların düzgünlüyünə diqqət edilir). (Cədvəl1)
Tıq-tıq xanım çox sevinir, çünki artıq uzunluq vahidlərini bilirdi. Uşaqlarla birlikdə kitabını açır, çalışmağa başlayır.
(Beləliklə, dərslik üzərində iş başlayır.)
78-ci səhifədəki 1-ci tapşırıq şifahi olaraq sual-cavab formasında yerinə yetirilir.
II tapşırığı bir neçə şagird lövhədə yazır, digərləri yerlərində yerinə yetirirlər.
Tapşırıq-3 şagirdlər tərəfindən sərbəst həll edilmək üçün verilir. Onu tez yerinə yetirən şagird müəllim tərəfindən qiymətləndirilir. Müəllimin istəyinə uyğun kiçik bir mükafatla da həvəsləndirilə bilər. Məsələn, yaddaş kitabçası, qələm, albom və sairə ilə.
Tapşırıq 4-də 4 nəfər şagird lövhəyə çağırılır. Onların boyları təxmini olaraq ölçülür və müqayisə edilir. Ən ucaboylu şagird müəyyən edilir.
İş dəftərində müəyyən tapşırıqları uşaqlar sərbəst yerinə yetirirlər. Sual-cavabla müəllim uzunluq vahidləri arasında sıx əlaqənin olduğunu müəyyən edir.
Öyrənilən bilik aşağıdakı auksion vasitəsilə möhkəmləndirilir.
Auksion:
1.Ən kiçik uzunluq vahidi hansıdır? (mm)
2.Ən böyük ölçü vahidi hansıdır? (ha)
3.Uzunluq vahidlərinin artan sıra ilə düzülüşünü kim deyər? (mm, sm, dm, m, km, ha)
Yaradıcı tətbiqetmə: (Şagirdlərlə oyun keçirilir.)
Oyunun aparılma qaydası: - Əvvəlcədən hazırlanmış 3 ədəd rəngli dairə lövhədən asılır (Proyektorla da göstərilə bilər).(Şəkil3)
Dairələrin arxasında 3 anlayış yazılır (yəni hər dairəyə bir söz). Uşaqlar bu sözləri tapmalıdırlar. 1-ci dairəyə -taxtadandır, balacadır, üstü yazılıdır - xətkeş, 2-ci dairəyə - insanlar çoxdur, müxtəlifdir, yumrudur - yer kürəsi, 3-cü dairəyə - hündürdür, daşdandır, insanlar yaşayır - ev, bina.
Uşaqlar bu sözləri tapdıqda - bəli, xeyr sözləri ilə təsdiqləyirəm.
Şagirdlər xətkeşin ölçü aləti olduğunu, qlobusda yer kürəsinin ölçülərinin kiçik formada yerləşdiyini, hündürmərtəbəli binaların tikilməsində uzunluq vahidlərindən istifadənin mühümlüyünü qeyd ediblər.
Refleksiya:
Şagirdlərin dərsdə fəaliyyəti aşağıdakı fikirləri tamamlamaqla öyrənilir.
1) “Bu gün dərsimiz çox maraqlı idi, çünki mən öyrəndim ki,..”.
2) “Dərsimiz maraqlı idi, çünki...”.
3) “Dərs məndə maraq oyatmadı, çünki...”.
Evə tapşırıq:
Tıq-tıq xanımın boyuna uyğun paltarının ölçülərini müəyyən edin və sxemini çəkin: (Ölçülərini sxemin üstündə yazın).
Bu abzasda qırmızılara bax
Qaz molekulları çox böyük sürətlə nizamsız hərəkət edir. Atmosferin əsas kütləsi Yerin səthindən 10 km yüksəkliyə qədər məsafədə yerləşir. Buna görə də qaz molekulları Yerin cazibəsi nəticəsində Yerin səthini tərk edib uzaqlaşa bilmirlər. Aydın məsələdir ki, yüksəkliyə getdikcə havanın konsentrasiyası, ona uyğun olaraq isə sıxlığı azalır. Havanın ən böyük sıxlığı Yerin səthindədir. Təcrübi yolla müəyyən edilmişdir ki, t=0 C0 dəniz səviyyəsində havanın sıxlığı p=1,29 kq/m3-dur.
 

yuxarı ⤴