1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Məktəb psixoloqlarının peşə bacarıqları inkişaf etdirilir
14.06.2017 / No22

 
 

 

 


Paytaxtın Sabunçu və Xəzər rayonları ərazisində yerləşən ümumi təhsil məktəblərinin psixoloqları ilə görüşlər keçirilib.
Təlimə Dəstək Mərkəzində təşkil olunmuş görüşlərin keçirilməsində əsas məqsəd məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltməkdən ibarətdir.
Görüşlər zamanı Təlimə Dəstək Mərkəzinin psixoloji xidmətin təşkili üzrə metodistləri Elşad Səfixanov və Səidə Əhmədova “Məktəbdə psixoloji xidmətin təşkili” mövzusunda təqdimatla çıxış ediblər.
Görüşlərdə məktəb psixoloqlarının fəaliyyət zamanı qarşılaşdıqları problemlər haqqında danışılıb və qarşılıqlı müzakirələr aparılıb. Psixoloqlara uşaqların təlim-tərbiyəsi problemləri və psixoloji xidmət sahəsində yaranan yeniliklərlə bağlı məktəb rəhbərliyi, müəllim, valideyn və tərbiyəçilərin maarifləndirilməsi istiqamətində təlimlərin təşkili, maarifləndirici-profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq tövsiyələr verilib.
Görüşlərin sonunda psixoloqlar onlara təqdim olunan anket sorğularını cavablandırıblar.
Qeyd edək ki, Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşlər paytaxtın digər rayonları üzrə də təşkil olunub.
 

yuxarı ⤴