1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
“Mən idmanla yaşayıram”
14.06.2017 / No22

 

 

 


Kənan İsayev, dünya çempionu: “Azarkeşlər dəstəkləyir, müsbət enerji alırıq”

Rəşad ZİYADOV

İsayev Kənan Rəşad oğlu 2005-ci ildə Şamaxının Mədrəsə kəndində anadan olub. 2011-ci ildə valideynlərinin Xırdalana köçməsindən sonra o, həmin ilin sentyabr ayında Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olub. Hazırda həmin məktəbin 6 “ə” sinif şagirdidir. Uşaqlıqdan idmanın karate növünə həvəsi olan Kənan 8 yaşından bu idman növü ilə məşğul olmağa başlayıb. Təcrübəli, beynəlxalq dərəcəli məşqçi-müəllim Elşad Əliyevdən karatenin sirlərini öyrənməyə başlayan Kənan 2014-cü ilin əvvəllərində klublararası Bakı çempionatında iştirak edərək ilk çempionluq hisslərini yaşayıb. Həmin ildə o, ölkəmizdə keçirilən beynəlxalq turnirlərin də qalibi olub. 2015-ci ilin sonlarında Bakıda keçirilən Azərbaycan çempionatında iştirak edən balaca karateçi 30 kq çəki dərəcəsində bütün rəqiblərindən üstün olub. O, beləliklə Azərbaycan çempionu olaraq beynəlxalq yarışlara vəsiqə qazanıb. 2016-cı ilin noyabrında Gürcüstanda keçirilən Qafqaz çempionatına yollanan Kənan burada da I yerə layiq görülüb. 30 kq çəki dərəcəsində erməni təmsilçisini məğlub edərək Qafqaz çempionu olub. Bundan başqa, 2016-cı ilin aprel ayında Türkiyədə keçirilən dünya birinciliyində iştirak edərək fəxri kürsünün ən yüksək pilləsini özünə təmin edib. 2017-ci ildə Azərbaycan çempionatının qalibi olub. Bütövlükdə 15-ə yaxın beynəlxalq turnirin qalibidir. Arzusu gələcəkdə güclü karateçi olmaqdır.

- Əvvəlcə karateyə gəlişin barədə danışaq. Necə oldu ki, məhz bu idman növünü seçdin?
- Valideynlərim idmanı çox sevirlər. Mən də bu səbəbdən bu idman növünü seçmişəm. Əvvəllər xüsusi seçimim yox idi və 8 yaşımdan idmanla məşq etməyə başladım. Özümü başqa sahələrdə sınamaq üçün şansım var idi. Əsasən, musiqi və şahmatla məşğul olurdum. Daha sonra məktəbə getdim, ikinci növbədə idim. Seçim qarşısında qaldıqda karateyə üstünlük verdim. Bu, mənim seçimim idi. Anam və atam buna qarşı idilər, məni güləşə yazdırmaq istəyirdilər. Lakin bu, məni çox qıcıqlandırırdı. Uşaqlıqda bəyənməsəm də, böyüdükcə güləşə də loyal yanaşmağa başladım.
- Hər hansı bir idman növündə vacib olan nədir? Təmkinli olmağının sirri nədədir?
- Hər problemin həllində onun mənbəyinə qayıtmaq lazımdır. Analiz etdikcə, hər şeyi dərk edirsən. Bəzən alınmasa da, artıq bununla heç nə etmək olmur. Öz üzərində çalışmaq və məqsədə doğru getmək. Sağlamlıq üçün bədən tərbiyəsi ilə məşğul olmaq lazımdır. Karatenin üstün cəhətlərindən biri odur ki, necə məşq etmisənsə, o cür də çıxış edəcəksən. Bu idman insan sağlamlığı üçün əhəmiyyətlidir. Böyük idman - səyahət imkanları, özünə ad və həyat tərzi qazanmaq şansı verir.
- Yaxın gələcək üçün idman planların nədir?
- Mən çox yaxşı formada olmaq istəyirəm.
- İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?
- Mən idmanla yaşayıram, özümü bu sahədən kənarda təsəvvür edə bilmərəm. Bu mənim elə adi həyatımdır.
- Adətən, azarkeşlərin tribunalardan səni necə dəstəkləyirlər və onlardan nə eşitmək istərdin?
- Onlar hər şeyə qışqırırlar (gülür) və dəstəklədikcə çox sevinirəm. Ən adi sözlər belə mənə güclü təsir edir. Onlara demək istərdim ki, dəstək hər idmançı üçün vacibdir. Azarkeşlər dəstəkləyir, qışqırır və biz də müsbət enerji alırıq. Dəstək göstərən və bizim üçün narahat olan hər kəsə təşəkkürümü bildirirəm.
 

yuxarı ⤴