1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

Təhsil naziri məzunlarla görüşdü
14.06.2017 / No22

 

 

 


Mikayıl Cabbarov: “Bugünkü müzakirədən çox böyük ümidlərlə ayrılıram”

Bu gün təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseydə təhsildə müvəffəqiyyətləri ilə fərqlənən məzunlarla görüşüb. Tədbirdə Respublika və beynəlxalq fənn olimpiadalarının, müsabiqə və intellektual oyunların qalibləri, müəllim və direktorlar iştirak edib.
“Bilik və savad indiki qədər əhəmiyyətli olmayıb. Belə bir dövrdə məhz bilik sahəsində ən böyük nailiyyət qazanmısınız”, - deyən nazir məzunları uğurlarına görə təbrik edib. Təhsil ilinin yüksək nəticələr göstərən məzunları ilə görüşü özü üçün fürsət kimi dəyərləndirən M.Cabbarov məzunlarla görüşün təşkil edilməsinin daha çox onların düşüncələrini öyrənmək istəyindən irəli gəldiyini söyləyib.
Məzunların hər biri ilə ayrı-ayrılıqda fikir mübadiləsi aparan nazir onların düşüncələri, seçimləri və həmin seçimlərin səbəbləri ilə maraqlanıb.
Məzunlar naziri maraqlandıran suallara cavab verib, onları maraqlandıran suallara cavab alıblar. Onlar xaricdə təhsil proqramının müddətinin başa çatması və hansı formada davam edəcəyindən başlayaraq, müasir tədris proqramının üstün və çatışmayan cəhətlərinə qədər hər mövzuda düşüncələrini bölüşüblər.
Görüşün sonunda öz tövsiyələrini verən M.Cabbarov məzunları düşüncələrini paylaşmağa, öz yanaşmalarını deməkdən çəkinməməyə çağırıb. Hər zaman kreativ olmağı və buna görə qorxmamağı məsləhət görüb.
Nazir görüşdən böyük ümidlərlə ayrılıb: “Ölkəmizin bir qrup istedadlı məzunu ilə fərqli mövzuları müzakirə etdik. Təhsildəki yeniliklər, onların ixtisas seçimi, həyatdan gözləntiləri, iddiaları, gerçəkləşdirmək istədikləri xəyallarından danışdıq. Düşünürəm ki, hər kəs üçün aktual olan bir sıra mövzulara da toxunduq. Məzunlar çox qlobal mövzularla bağlı müzakirə açdılar. Xüsusən, tibb və İT sahəsində ixtiraların insanların, bütövlükdə bəşəriyyətin sağlamlığına təsirindən tutmuş məktəblərimizdə tədris olunan proqramlara qədər maraqlı mövzulara toxundular. Gördüm ki, gələcək biznes ambisiyalarını ortaya qoyan şagirdlərimiz var. Bugünkü müzakirədən çox böyük ümidlərlə ayrılıram. Çünki şahidi olduqlarım Azərbaycan məzununun siması və bilik səviyyəsidir. Onların layiqli vətəndaş, gələcəkdə mütəxəssis kimi ölkəmizin inkişafına öz töhfələrini verəcəyinə əminəm”.
Görüşün sonunda nazir məzunlara təşəkkürnamələr təqdim edib, onlarla xatirə şəkilləri çəkdirib.


Ruhiyyə Daşsalahlı
 

yuxarı ⤴