1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Təlimatda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
18.06.2016/№23

 

 

 


 “Ümumi təhsil müəssisələrində məktəbdaxili qiymətləndirmə növlərinin təşkilinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası təhsil nazirinin 2 mart 2016-cı il tarixli 122 nömrəli əmrinin 1-ci bəndi üzrə tədbirlərin həyata keçirilməsi məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

ƏMR EDİRƏM:

1. “Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat”ın 4.5-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“Böyük summativ qiymətləndirmə yarımillərin sonunda təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təqdim etdiyi qiymətləndirmə vasitələrindən istifadə edilməklə fənni tədris edən müəllim tərəfindən aparılır.”
2. “Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat”ın 4.14-cü bəndi aşağıdakı redaksiyada verilsin:
“4.14. Şagirdin illik qiyməti aşağıdakı cədvələ uyğun hesablanır:”
 

Y1

Y2

İllik

 

Y1

Y2

İllik

 

Y1

Y2

İllik

 

Y1

Y2

İllik

2

2

2

 

3

2

2

 

4

2

3

 

5

2

3

2

3

3

 

3

3

3

 

4

3

3

 

5

3

4

2

4

3

 

3

4

4

 

4

4

4

 

5

4

4

2

5

4

 

3

5

4

 

4

5

5

 

5

5

5



3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinə çatdırılmasını, Nazirliyin internet saytında yerləşdirilməsini, “Azərbaycan müəllimi” qəzetində və “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını təmin etsin.

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
16 iyun 2016-cı il

yuxarı ⤴