1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.03.2017

// 18.03.2017

// 18.03.2017

“İnsan və kompüter” layihəsi
18.06.2016/№23

 

 


Qiyafət FƏRRUXOVA,
Bakı şəhəri Ə.Əliyev adına 204 nömrəli tam orta məktəbin informatika müəllimi

IX SİNİF

Mən bu adda layihəni 9-cu sinif şagirdləri ilə işlədim.
Standartlar:
4.1.1. İKT-nin tətbiq olunduğu əsas sahələri təsnif edir.
4.1.2. İKT-nin müxtəlif sahələrdə tətbiqi xüsusiyyətlərini fərqləndirir.
4.1.3. İKT-nin tətbiqinin əhəmiyyətini nümunələrlə əsaslandırır.
Belə bir təməl sualı ilə layihəmizə başladıq.
Bəşəriyyəti necə inkişaf etdirmək olar?
* İKT-dən istifadə etməklə.
* Yeni texnologiyalar yaratmaqla.
* Dünyada sülh yaratmaqla.
* Təhsil səviyyəsini yüksəltməklə.
* İnsanlarda intellektual səviyyəni artırmaqla.
Mövzu sualları:
Bəşəriyyətin inkişafında İKT-nin rolu nədən ibarətdir?
İKT-dən hansı sahələrdə istifadə olunur?
İnternet nədir və ondan nə üçün istifadə olunur?
İnsan üçün kompüterin faydası nədən ibarətdir?
Virus proqramlarına və hakerlərə qarşı necə mübarizə aparmaq olar?
Kompüterin zərərini necə aradan qaldıra bilərik?
Layihəyə başlamazdan əvvəl layihənin aparılma istiqamətini müəyyən etdim. Əvvəlcə mövzuya uyğun təhsil standartları əsasında layihənin əsas məqsədini müəyyənləşdirdim. Mənim əsas məqsədim şagirdlərin kompüterin insan həyatındakı rolunu, tətbiq sahələrini, İKT-nın, internet xidmətlərinin rolunu müəyyənləşdirməsi, kompüterin iqtisadi, siyasi, mədəni əlaqələrin inkişafındakı rolunu araşdırmaq, virus proqramları, kompüter cinayətkarlığı haqqında məlumat toplamaq, kompüterin olmamasının həyatımızda nələrə səbəb ola biləcəyini və şagirdlərin gələcəyin kompüterləri haqqında təsəvvürlərini müəyyənləşdirmək idi.
Bütün bu işləri görmək üçün şagirdləri 4 qrupa bölürəm və layihənin hazırlanması üçün 10 gün vaxt verirəm.
Layihənin əvvəlində ilk öncə şagirdlərlə layihə mövzusu üzrə ilkin biliklərini müəyyənləşdirmək üçün müsahibə aparıram. Layihəmizin əsas məqsədini şagirdlərlə müəyyənləşdirirəm. Şagirdlərə mövzu ilə əlaqədar tapşırıqlar verirəm. Sonra BİBÖ cədvəlində şagirdlərin mövzu üzrə biliklərini qeyd edirəm.
İlkin bilik və bacarıqlar:
Layihəyə başlamazdan əvvəl şagirdlər kompüter və onun tətbiq sahələri haqqında ilkin biliklərə malik olmalıdır.
Eyni zamanda şagirdlərdə kompüterlərdə lazım olan tətbiqi proqramlarla işləmək, lazım olan məlumatı toplamaq, sərbəst düşünmə qabiliyyəti olmalıdır.
 

      BİLİRƏM

    İSTƏYİRƏM  BİLİM

        ÖYRƏNDİM

İKT-dən hansı sahələrdə istifadə olunur.

Kompüterin bəşəriyyətin  inkişafındakı rolunu.

 

İnternet nədir və ondan nə üçün istifadə olunur.

İnsan üçün kompüterin hansı faydası var.

 

Bəşəriyyətin inkişafında İKT-nin rolu nədən ibarətdir.

Kompüterin zərərini necə aradan qaldırmağın yollarını.

 

Kompüterin hansı növləri var.

Kompüterin olmamasının həyatımızda nələrə səbəb ola biləcəyini.

 

İnternetin hansı xidmətləri var.

Kompüterin insan orqanizmində törətdiyi fəsadları.

 


I qrup (“Kompüter” qrupu):
Kompüterin tətbiq sahələri və insan həyatındakı rolu haqqında məlumat toplayaraq buklet hazırlayın. Gələcəyin kompüterlərini necə təsəvvür edirsən?
II qrup (“İnternet” qrupu):
İKT-nin və İnternetin həyatımızdakı rolu haqqında məlumat toplayın və bloq yaradın.
III qrup (“Təqdimat” qrupu):
Kompüterin zərəri haqqında araşdırma aparmaq və məlumatı qəzetdə yerləşdirmək.
IV qrup (“Texnologiya” qrupu):
Virus proqramları, hakerlər haqqında məlumat toplayın və kompüterin olmamasının həyatımızda nələrə səbəb ola biləcəyini müəyyənləşdirin, təqdimat hazırlayın.
Layihə müddətində şagirdlərə özünüqiymətləndirmə vərəqləri paylayaraq layihənın gedişi ilə əlaqədar sorğu keçirirəm. Sifahi sorğu vasitəsilə şagirdlərin cavabları qiymətləndirilir, valideynlərlə söhbət aparılır və sorğu vərəqində qeyd olunur.
Qrupların işləri:
I qrup (“Kompüter” qrupu): Qruplar onlara verilmiş vərəqlərdəki sual tapşırıqlar əsasında axtarışlar apararaq təxminən aşağıdakı kimi cavablar hazırlayır.
Gələcəyin kompüterləri süni intellektə malik olacaqdır. Bu kompüterlər insanların təbii dilini (danışıq dilini) başa düşəcək, informasiyanı əlyazmalardan və ya çap olunmuş mətnlərdən qəbul edib emal edəcək, istifadəçini səsindən tanıyacaq.
Gələcəyin kompüterlərində verilənlərin emalı əvəzinə biliklərin emalı baş verəcək, yəni süni intellektə malik kompüterlər sərbəst surətdə yeni-yeni biliklər yaratmağa qadir olacaqdır.
Buklet

II qrup (“İnternet” qrupu):
İnternetin faydası
İnternet bu gün elm dəryasıdır, bilik okeanıdır. Hər bir şey haqda internetdə məlumat tapmaq mümkündür. Kompüter çox asan, təsirli və ucuz təhsil verən bir vasitədir. Onun vasitəsilə uşaqların yaradıcı bacarıqları inkişaf edir.
Kompüter bütün uşaqlar üçün nizamlana bilir. O eşitmə, duyma, qavrama problemləri olan uşaqlar üçün ən yaxın dostdur. Kompüterlər bu cür uşaqların özlərinə olan inamını inkişaf etdirir və gerçək dünyaya inteqrasiya olmalarını asanlaşdırır.
İnternet mühiti qədər heç bir vasitə insanlar üçün sərbəst fikir yürütmək azadlığı vermir. Müxtəlif qrupların yaratdığı forumlarda siz özünüzü ifadə edə bilmə davranışı qazanır, tolerantlığı, məsələlərə müxtəlif bucaqdan baxma qabiliyyətini öyrənirsiz.
İnsan üçün mümkün olan bütün əyləncə növlərini, demək olar ki, virtual dünyada tapmaq mümkündür. Film, musiqi, oyun, chat və s. insanlara qeyri-adi mühit yaradır. Şəkil, fotoşəkil, film kimi sənət sahələri isə incəsənətlə məşğul olanlar üçün gözəl tətbiq sahəsidir və s.
III qrup (“Təqdimat” qrupu):
İnformasiya texnologiyalarının həyatımızın bir parçasına çevrildiyi bir vaxtda onların insana vurduğu zərər də danılmazdır.
Uşaqların gələcək təhsil və inkişaflarında bu texnologiyanın çox vacib rol oynaması faktı ilə yanaşı, kompüterin sağlamlıq və psixoloji baxımdan mənfi təsirləri də var.
Yeni texnologiyalar həyatımızın çox mühüm bir hissəsinə çevrilib və müasir cəmiyyətimizi onlarsız təsəvvür etmək mümkün deyil. Müasir uşaqlar televizor, video, kompüter və mobil cihazlarla çox sıx təmasdadırlar. Əvvəlki nəsillər informasiyanı kitablardan alırdı, hazırda isə informasiyaalma mənbələri əsasən televizor və kompüterdir.
Yadda saxlamaq lazımdır ki, istənilən faydalı şey normadan artıq olduqda zərərli bir şeyə çevrilir.
Kompüterdə istənilən nəticənin alınması üçün müəyyən vaxt lazımdır. Bu da kompüterin arxasında çox vaxt keçirməyə səbəb olur. Təbii ki, kompüterin qarşısında çox oturmaq görmənin zəifləməsinə səbəb olur, daima qolların döş qəfəsinə sıxılması şəraitində oturmaq döş qəfəsinin hərəkətinin məhdudluğuna və nəticədə astma və digər tənəffüs yolları-ağ ciyər xəstəliklərinin yaranmasına gətirirb çıxarır. Kompüter istifadəçiləri müəyyən bir zamandan sonra bel, boyun, baş ağrısı, əldə gizildəmə, gözlərdə yaşarma, qızarma kimi problemlərlə üzləşirlər.
Saatlarla virtual aləmin sehrinə düşmək, bizi ətrafla bağlayan hər şeydən uzaqlaşdırır. Qidanı belə monitor qarşısında qəbul edirik. Davamlı olaraq monitora baxmaq uzun müddət hərəkətsiz dayanmağımıza səbəb olur. Həm çəkimiz artır, həm də qeyri-sağlam qidalanma orqanizmə zərər verir.
Təəssüf ki, çox vaxt uşaqlar kompüterın zərərini başa düşmür, qoyulmuş sərhədləri keçirlər. Bunun üçün böyüklərin nəzarəti vacibdir.
İnformasiya texnologiyalarından istifadə insanlar arasındakı münasibətlərdə də soyuqluq yaradır. İnsanlar real ünsiyyətdən çox, virtual ünsiyyətə üstünlük verirlər. Qohumluq münasibətləri zəifləyir.
Təbii ki, hər bir şeydən öz qədərində istifadə etmək lazımdır. Kompüterdən də istifadə edərkən əvvəlcə sağlamlığımızı düşünməliyik. Hazırda ən böyük problemlərdən biri də insanları “kompüter asılılığı”ndan qurtarmaqdır. Artıq dünyada “kompüter asılılığı” məsələsinə çox ciddi problem kimi yanaşırlar.
İnsanın yaratdığı hər bir şey onun rahatlığı üçündür. Bu rahatlığın sizin sağlamlığınızda narahatlıqlar yaratmasına qəti şəkildə yol verməyin. Axı Allahın mükəmməl yaratdığı vücudun qeydinə qalmaq insanın öz əlindədir.
IV qrup (Texnologiya qrupu):
Virus proqramları. Virus-proqrama özbaşına qoşula bilən, öz surətini fayllara, sistem sahəsinə, şəbəkələrə və s. yayan və kompüterin normal işini pozan xüsusi proqramdır. Kompüter virusları təxminən 1980-ci illərin əvvəllərində meydana çıxmışdır.
Kompüter virusları, əslində işlədiyiniz kompüterə dəyişik şəkillərdə zərər verə bilən kompüter proqramlarıdır. Kompüter viruslarının məşhur bulaşma yollarından biri “virus yoluxmuş kompüter proqramları”dır. Bu vəziyyətdə, virus kodu bir kompüter proqramına virusu yazan adam tərəfindən əlavə olunar. Beləcə, viruslu bu proqramları işlədən istifadəçilərin kompüterləri “potensial olaraq” virus mənbəyinə çevrilir. Xüsusilə internet üzərində fayl arxivlərinin nə qədər sıx istifadə edildiyini düşünsək təhlükənin ölçülərini daha da yaxşı anlaya bilərik.Viruslanmış proqram işlədildiyində kompüter virus kodu da, ümumiyyətlə, kompüterinizin yaddaşına yerləşir və zərər verməyə başlayır.
Antiviruslar. Kompüterinizin virusa yoluxub-yoluxmadığını təyin edən “anti-virus” proqramları da var. Bu proqramların virus təyinetmə üsulları müxtəlifdir. Kompüterim viruslanarsa bunu necə təmizləmək olar? Bir proqramın viruslu olduğundan şübhələnirsinizsə, edəcəyiniz ilk iş, o an istifadə etdiyiniz bütün tətbiqləri bağlamaq, işləri saxlamaq lazımdır, ondan sonra bir antivirus proqramı ilə kompüterinizi darayın. Hər vaxt üçün, istifadə etdiyiniz antivirus proqramının yeni bir distributivini əldə etməyə çalışın. Əgər kompüterinizin sistem sahələri də təsirlənmişsə, bu vəziyyətdə kompüterinizi bağlayın.
Kompüter cinayətkarlığı. Bu gün biz qlobal qarşılıqlı əlaqələr dünyasında yaşayırıq. Biz bir an içində dünyanın o biri başındakı insanlarla söhbət edə, yaxud böyük məbləğdə pul əməliyyatları həyata keçirə bilirik. Fərdi kompüterlərin sayının görünməmiş sürətlə artması, internetə sərbəst çıxış və yeni kommunikasiya qurğularının sürətli inkişafı həm asudə vaxtın keçirilməsi, həm də biznesin aparılması üsullarını dəyişdirib.
Eyni zamanda qaraniyyətli insanlar üçün də yeni imkanlar açılıb, yeni cinayət üsulları meydana çıxıb. Bəşəriyyət yeni cinayət növü ilə - kibercinayətkarlıqla qarşılaşıb. Kibercinayətkarlıq dedikdə, internet, yaxud başqa kompüter şəbəkələrindən istifadə olunmaqla törədilən cinayətlər nəzərdə tutulur.
Biz bu layihədən nə öyrəndik!
İKT, internet xidmətlərinin rolu, kompüterin tətbiq sahələri, onun həyatımızdakı rolu haqqında araşdırmalar apararaq daha geniş məlumat qazandıq. Kompüterin zərəri və ondan necə qorunmanın yollarını araşdırmaqla bu problemin həlli üçün öz fikirlərimizi söylədik. Virus proqramları, kompüter cinayətkarlığı haqqında daha geniş məlumat qazandıq və kompüterin olmamasının həyatımızda nələrə səbəb ola biləcəyi haqqında öz fərziyyələrimizi irəli sürdük. Gələcəyin kompüterləri haqqında öz təsəvvürlərimizi söylədik. Biz birgə işləməyi, əməkdaşlığı, sərbəst işləməyi, hər hansı problemin həll olunması üçün sərbəst fikir yürütməyi daha dərindən öyrəndik.
Bizə elə gəlir ki, layihəmiz uğurlu alındı.
Layihənin sonunda şagirdlər işlərini təqdim edir. Bunlara əsasən qiymətləndirmə aparıram. BİBÖ cədvəli doldurulur.

yuxarı ⤴