1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Üç universitetin hüquqi statusu dəyişdirildi
23.06.2017 / No23

 

 

 


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 və 21 iyun 2017-ci il tarixli Azərbaycan Dillər Universitetinin, Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında sərəncamlarına əsasən sözügedən universitetlərin mövcud hüquqi statusu dəyişdirilərək onların hər üçünə publik hüquqi şəxs statusu verilib.
Sərəncamlara əsasən Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dillər Universitetinə, Bakı Dövlət Universitetinə və Azərbaycan Dövlət İqtisad Universitetinə çevrilmə yolu ilə yenidən təşkil olunacaq. Bununla əlaqədar Nazirlər Kabinetinə sərəncamlarda nəzərdə tutulmuş publik hüquqi şəxslərin nizamnamələrinin layihələrini və təsisçilərinin səlahiyyətlərini həyata keçirənlər barəsində təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb. Nazirlər Kabineti həmçinin Azərbaycan Respublikası Prezidentinin aktlarının müvafiq sərəncamlara uyğunlaşdırılmasına dair təkliflərini də hazırlayıb 3 ay müddətində Prezidentə təqdim etməli, həm də bu müddət ərzində özünün normativ-hüquqi aktlarının sərəncamlara uyğunlaşdırılmasını təmin etməlidir. Hökumətə eyni zamanda mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının sərəncamlara uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat vermək, eləcə də sərəncamlardan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Sərəncamlarda o da qeyd olunub ki, nəzərdə tutulmuş publik hüquqi şəxslər qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək öz fəaliyyətlərini əvvəlki statusda davam etdirəcəklər.
 

yuxarı ⤴