1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Müəllim oxumaq üçün iş yerini dəyişdi
23.06.2017 / No23

 

 

 


Yerdəyişmə müsabiqəsi obyektivliyinə görə razılıqla qarşılanıb

Ötən illərdən fərqli olaraq bu il Təhsil Nazirliyi tərəfindən keçirilən nazirlik sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi müsabiqəsində daha çox müəllim iştirak edib. Obyektiv və şəffaf şəkildə keçirilən müsabiqədən müəllimlər razılıqlarını bildirir.


Prosesin birbaşa iştirakçısı olan Ülviyyə Quliyeva bizimlə söhbətində bildirib ki, müsabiqə Təhsil Nazirliyi tərəfindən tam şəffaf şəkildə, obyektiv olaraq keçirilib: “Kürdəmir rayon Xırdapay kənd sakiniyəm. 2015-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat-informatika fakültəsinin İnformatika müəllimliyi ixtisasını bitirmişəm. Həmin il Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu üzrə keçirdiyi müsabiqədə iştirak etdim və 40 bal topladım. Topladığım bala və vakant yerə uyğun olaraq İmişli rayon Əlyetməzli kənd tam orta məktəbində informatika müəllimi vəzifəsinə təyin olundum. İki il həmin məktəbdə işlədikdən sonra Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin yerdəyişməsi ilə bağlı müsabiqəyə elektron ərizəmi təqdim etdim. Ərizəmdə yaşayış yerimlə iş yerimin fərqli rayonlar olduğu üçün yerdəyişmə etmək istədiyimi bildirdim. Müsabiqə nəticəsində Təhsil Nazirliyi ərizəmə müsbət cavab verdi. İş yerim seçim etdiyim məktəblərdən biri olan Kürdəmir rayon Qarabucaq kənd Q.Əliyev adına tam orta məktəbinə dəyişdirildi”.



Müsabiqədə iştirak edən Anar Mustafazadə də Təhsil Nazirliyi tərəfindən müraciətinə müsbət cavab verildiyini deyir. O, iş yerini dəyişməsində məqsədinin təhsilini doktorantura səviyyəsində davam etdirmək olduğunu bildirib: “Qax rayon Qaratala kənd tam orta məktəbində işləyirdim. Müsabiqədə iştirak etdikdən sonra iş yerimi Xəzər rayonu 185 nömrəli tam orta məktəbə dəyişdilər. Yerdəyişmə ilə bağlı sənəd verdiyim zaman işin obyektiv baxılacağına inanırdım və belə də oldu. Müəllimlərin diaqnostik qiymətləndirilməsində coğrafiya fənnindən 58 bal toplayaraq rayon üzrə ən yüksək nətcə əldə etmişdim. Diaqnostik qiymətləndirmədə əldə etdiyim yüksək bal müsabiqədə əsas meyarlardan biri kimi qiymətləndirildi”.



Müasbiqənin digər iştirakçısı İbrahim Məhərrəmov isə həyat yoldaşı ilə birlikdə iş yerlərinin dəyişdirildiyini deyib. O, həyat yoldaşının da müəllim işlədiyini və iş yerləri ilə yaşayış yerlərinin tamam fərqli olduğunu, bunun üçün çox çətinliklərlə qarşılaşdığını bildirib: “2010-cu ildən təyinatla Tovuz rayonu Hacılar kənd tam orta məktəbində kimya fənnini tədris edirəm. Həyat yoldaşım Sevil Əliyeva isə 2009-cu ildən təyinatla Tovuz rayonu Çatax kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənnini tədris edirdi. Diaqnostik qiymətləndirmədə mən 50, həyat yoldaşım isə 57 bal toplamışıq. 2011-ci ildə ailə qurmuşuq və Tovuzun Çatax kəndində kirayədə yaşayırıq. 4 yaşında bir övladımız var. Yaşadığımız kənd sərhəd və ucqar dağ kəndidir, həyat şəraiti çox çətindir. Kənddə və ona yaxın kəndlərdə uşaq bağçası olmadığından övladımıza Bakıda valideynlərimiz baxır. Öz evimiz Xırdalan şəhəri yaxınlığında Abşeron Gənclər Şəhərciyində yerləşir. Müəllimlərin yerdəyişməsi ilə bağlı Təhsil Nazirliyinin 2017-ci il mayın 8-12-də təşkil etdiyi müsabiqəyə sənədlərimizi təqdim etmişdik. Təhsil Nazirliyi göstərdiyim səbəbləri nəzərə alaraq müraciətimizi müsbət qiymətləndirdi və mənim iş yerimi Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbə, həyat yoldaşımın iş yerini isə Bakı şəhəri Qaradağ rayonu, Buta qəsəbəsində yerləşən 184 nömrəli tam orta məktəbə dəyişdi. Ailəmizə göstərilən diqqətə görə Təhsil Nazirliyinə xüsusi minnətdarlığımı bildirirəm”.

yuxarı ⤴