1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Şahmatçılarımız Avropa çempionatında 6 medal qazanıb
23.06.2017 / No23

 

 


Monteneqro Respublikasının Budva şəhərində keçirilən şahmat üzrə məktəblilərin Avropa çempionatı başa çatıb.
Ümumilikdə 22 ölkədən 400-ə yaxın şahmatçının iştirak etdiyi çempionatda “Təhsil” Respublika İdman Mərkəzinin komandası tam heyətlə çıxış edərək 3 gümüş və 3 bürünc olmaqla ümumilikdə 6 medal qazanıb.
Komandanın üzvləri - Gəncə Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Səadət Bəşirli 7 yaşadək qızlar arasında, Quba rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Sevil Tahirova 15 yaşadək qızlar arasında, Sumqayıt Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Sahil Mehrəliyev 15 yaşadək oğlanlar arasında gümüş medal, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri Xanım İsmayılova 7 yaşadək qızlar arasında, Ziya Məmmədov 7 yaşadək oğlanlar arasında, Lənkəran Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Kənan Əhədzadə 17 yaşadək oğlanlar arasında bürünc medal qazanıblar.
 

yuxarı ⤴