1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Rəsmi xronika
23.06.2017 / No23

 

 


* İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizdə rəsmi səfərdə olan Moldova Prezidenti İqor Dodonun təkbətək və geniş tərkibdə görüşləri olub, prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Fransa Respublikasının sabiq Baş naziri, “Villepin International” şirkətinin prezidenti Dominik de Vilpeni qəbul edib.

* İyunun 20-də Azərbaycan Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinə gələrək Almaniyanın keçmiş Federal Kansleri Helmut Kolun vəfatı ilə əlaqədar başsağlığı verib.

* Prezident İlham Əliyev iyunun 19-da “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskontini, İqor Popovu, Riçard Hoqlandı və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasitin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib .

* Prezident İlham Əliyev iyunun 17-də Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelə bu ölkənin keçmiş Federal Kansleri, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Helmut Kolun vəfatı ilə əlaqədar başsağlığı məktubu göndərib.

* İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli opera müğənniləri, xalq artistləri Fidan və Xuraman Qasımovaları qəbul edib.

* Dövlət başçısı Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xüsusi xidmətlərinə görə Fidan Qasımovanı “İstiqlal” ordeni ilə təltif edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Kolumbiya Respublikasının xarici işlər naziri xanım Mariya Anxela Olqini qəbul edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 

yuxarı ⤴