1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Bakı Mühəndislik Universiteti ilk məzunlarını yola salır
23.06.2017 / No23

 

 


Bakı Mühəndislik Universitetində “Məzun günü” keçirilib.
Universitetin rektoru, professor Havar Məmmədov çıxış edərək məzunları və onların valideynlərini əlamətdar gün münasibətilə təbrik edib. Rektor qeyd edib ki, Prezident İlham Əliyevin gənclərə qayğısı nəticəsində ölkəmizdə hər sahədə, eləcə də ali təhsil ocaqlarında onların yüksək səviyyəli təhsil almaları və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Bakı Mühəndislik Universitetinin tarixində əlamətdar bir gündür. Çünki ilk məzunlarımızı cəmiyyətə təqdim edirik. Hazırda universitetdə 3818 tələbə bakalavr, 495 tələbə magistr, 57 tələbə isə dissertant və doktorant pilləsində təhsil alır. Bunlardan 951 tələbə 600 baldan, 268 tələbə 650-dən çox, 6 tələbə isə 700 bal toplayıb. Universitetdə 55 tələbə Prezident təqaüdü, 97 tələbə isə “Gələcəyin müəllimi” təqaüdü alır. Bu gün universitetin iqtisadiyyat və idarəetmə, mühəndislik və pedaqoji fakültəsindən 660 tələbə bakalavr pilləsindən, 170 tələbə isə magistr pilləsindən olmaqla ümumilikdə 830 nəfər məzun həyata qədəm qoyur. Əminliklə deyə bilərəm ki, məzunlarımız layiqli əməlləri ilə universitetimizin fəxrinə çevriləcəklər.
Millət vəkili Fuad Muradov universitet kollektivini, məzunları və onların valideynlərini təbrik edib. Ölkəmizdə gənclərə yaradılmış imkanlardan danışan millət vəkili məzunlara müstəqilliyimizin qorunmasında və möhkəmlənməsində bilik və bacarıqları ilə möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşmələrini tövsiyə edib, gələcək həyatlarında uğurlar arzulayıb.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov çıxışına təbriklə başlayıb. Qeyd edib ki, BMU məzunları ölkəmizin inkişafında mühüm rol oynayacaqlar. Çünki bu universitetin müasir maddi-texniki bazası, savadlı akademik kadrları, ölkəsini sevən, müasir texnologiyaları mənimsəyən, savadlı və dünyagörüşlü tələbələri var.
Ali məktəbi ixtisaslar, fakültələr və universitet birincisi olaraq bitirən tələbələr BMU rəhbərliyi tərəfindən hədiyyələrlə mükafatlandırılıb.
 

yuxarı ⤴