1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə Dövlət Universiteti 2017/2018-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla əyani formada yenidənhazırlanma (ixtisasdəyişmə) təhsili almaq üçün qəbul elan edir
23.06.2017 / No23

 

 

 


1. Təhsildə sosial-psixoloji xidmət
2. İnformatika müəllimliyi
3. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
4. Riyaziyyat müəllimliyi
5. Fizika müəllimliyi
6. Xarici dil müəllimliyi (İngilis dili)
7. Məktəbəqədər təlim və tərbiyə
8. İbtidai sinif müəllimliyi
9. Kimya müəllimliyi
10. Biologiya müəllimliyi
11. Tarix müəllimliyi
12. Coğrafiya müəllimliyi

Yenidənhazırlanma təhsili müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Gəncə Dövlət Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Dövlət və özəl ali təhsil müəssisələrinin məzunları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 16 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na uyğun olaraq ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə müsabiqədə iştirak edə bilərlər.

Yenidənhazırlanma təhsili almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- rektorun adına ərizə;
- ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notariat qaydada təsdiq edilmiş surəti;
- 3x4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil;
- sağlamlıq haqqında arayış;
- şəxsiyyət vəsiqəsinin surəti;
- təhsil haqqını ödəmək haqqında öhdəlik müqaviləsi.

Yenidənhazırlanma təhsili almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müqavilə əsasında təhsil haqqı ödənilməklə yenidənhazırlanma təhsilinə qəbul edilirlər.

Qeyd: Sənədlər 01 iyul 2017-ci il tarixdən (istirahət günlərindən başqa) avqust ayının 31-nə qədər saat 10:00-dan 17:00-dək GDU-nun V tədris binasında (otaq 25) qəbul edilir.

Ünvan: AZ 2000, Gəncə şəhəri, Cavad bəy Rəfibəyli 57 Gəncə Dövlət Universiteti, V tədris binası

Telefon: (022) 264-24-44; (055) 296-66-86

REKTORLUQ

yuxarı ⤴