1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Qaraca qız” məktəblilərin təqdimatında
23.06.2017 / No23

 

 

 


Bakı məktəbliləri yeni tamaşa səhnələşdiriblər. Şagirdlər Süleyman Sani Axundovun “Qaraca qız” əsəri əsasında hazırlanan eyniadlı tamaşanı nümayiş etdiriblər.
Tamaşa “Məktəblinin dostu” və “ASAN Könüllüləri” təşkilatının “Mədəniyyət carçısı” layihəsinin birgə əməkdaşlığı çərçivəsində təqdim olunub. “Qaraca qız” tamaşasının təqdimatında “Məktəblinin dostu” və “Mədəniyyət carçısı” layihəsinin əməkdaşları, müəllimlər, şagirdlər iştirak ediblər. Tamaşada rol alan məktəblilər təşəkkürnamə ilə təltif olunub. Şagirdlər “Məktəblinin dostu” və “Mədəniyyət carçısı” layihəsinin əməkdaşlığı ilə bundan əvvəl Cəlil Məmmədquluzadənin “Poçt qutusu” əsəri əsasında tamaşa hazırlayıblar. Tamaşaların səhnələşdirilməsində əsas məqsəd məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların teatra marağını artırmaq, aktyorluq qabiliyyətinə malik olan şagirdləri aşkarlamaq və ictimaiyyətə tanıtmaqdan ibarətdir.
Məktəblilərin ifasında yeni tamaşaların hazırlanması davam etdiriləcəkdir.
 

yuxarı ⤴