Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30
Ailə tipli kiçik qrup evi istifadəyə verilib
25.06.2016/№24

İyunun 20-də Lənkəran şəhərində oğlanlar üçün 2 nömrəli Ailə tipli kiçik qrup evinin açılış mərasimi keçirilib.
Mərasimdə təhsil naziri Mikayıl Cabbarov və Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak ediblər.
Əvvəlcə qonaqlar Ailə tipli kiçik qrup evinin şəraiti və imkanları ilə tanış olublar.
Mərasim iştirakçılarına məlumat verilib ki, ümumi sahəsi 1040 kvadratmetr olan kiçik qrup evində qonaq otağı, inzibati otaqlar və 12 yataq otağı var. Videomüşahidə, yanğın əleyhinə siqnalizasiya və istilik sistemləri quraşdırılıb, internet və telefon xətləri çəkilib.
2 nömrəli Ailə tipli kiçik qrup evinə yerləşdirilmək üçün dövlət uşaq müəssisələrindəki valideyn himayəsindən məhrum, tam kimsəsiz 12 nəfər oğlan uşağı seçilib. Qrup evində kimsəsiz uşaqlar 18 yaşadək qayğı ilə əhatə olunacaq. 18 yaşdan sonra təhsillərini davam etdirəcəkləri təqdirdə onların kiçik qrup evində yaşamasına icazə veriləcək. Kiçik qrup evində yaşayan məktəbyaşlı uşaqlar evə yaxın ərazidə yerləşən ümumi təhsil müəssisələrində təhsil alacaqlar.
Dövlət uşaq müəssisəsindən fərqli olaraq, kiçik qrup evində uşaqların ayrıca yataq otaqları, fərdi əşyaları və yazı masaları var. Burada yaşayan uşaqların tərbiyəsi ilə növbəlilik qaydasında sosial işçilər (tərbiyəçi) məşğul olur.
Beynəlxalq təcrübədə uğurlu model hesab edilən Ailə tipli kiçik qrup evində uşaqlara ev şəraitində yaşamaq imkanı yaradılır. Azərbaycanda Türkiyə modeli tətbiq olunduğundan oğlanlar və qızlar üçün ayrı-ayrılıqda kiçik qrup evləri yaradılır.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqların ev şəraitində yaşamaq hüququnu təmin etmək məqsədilə 2013-cü ildə Bakı şəhərində 10 nəfər qız uşağı üçün 1 nömrəli Ailə tipli kiçik qrup evi yaradılıb.

yuxarı ⤴