Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30
Tələbələr buraxılış işlərini müdafiə ediblər
25.06.2016/№24

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində bakalavr pilləsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib. Müdafiədə rektor, akademik Abel Məhərrəmov, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ilə yanaşı, fakültənin müəllim və tələbələri də iştirak ediblər. Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının diplomçusu Maral Nəcəfli “Tələbə qəzetinin tipoloji xarakteristikası. “Jurnalist” qəzetinin fəaliyyət prinsipləri” adlı diplom işini təqdim edib. Qəzetin tarixi, fəaliyyət istiqamətləri, vaxtilə həmin qəzetdə məqalələr dərc etdirmiş müəlliflər haqqında məlumat verən M.Nəcəfli, eyni zamanda “Jurnalist”in müasir durumu, toxunulan mövzular barədə danışıb, iş prosesində qarşılaşdıqları problemlər barədə məlumat verib.
Çıxış edən rektor Abel Məhərrəmov müdafiədə iştirakı ilə bağlı Maral Nəcəflinin müraciətini yüksək qiymətləndirdiyini bildirib. İddiaçının hazırlığını, fikirlərini sərbəst şəkildə əsaslandırdığını vurğulayıb və kitabını ona hədiyyə edib.
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov təqdim edilən iş haqqında müsbət fikirlər səsləndirib, qəzeti ümummilli tələbə qəzetinə çevirmək istiqamətində təkliflər irəli sürüb.
Sonra həmin kafedranın diplomçusu Tünzalə Paşayeva “BDU Mətbuat xidməti medianın informasiya mənbəyi kimi” adlı buraxılış işini təqdim edib. Filologiya elmləri üzrə fəlsəfə doktoru Rəhilə Kəsəmənlinin elmi rəhbəri olduğu buraxılış işinin opponenti dosent Akif Rüstəmov, beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev və digər çıxışçılar işlə bağlı müsbət fikirlər söyləyiblər.
Sonra Qızılgül Rəhimova “Azərbaycan telekanallarının inkişaf perspektivləri”, Faiq Kərimoğlu “TV tok-şoularında mövzu seçimi problem kimi”, Şəfa Dadaşova “2-ci Dünya müharibəsi dövrünün publisistləri: Rəsul Rza, Rza Quliyev”, Çinarə İsmayılova “Azərbaycan media məkanında jurnalistin peşə etikası problemləri”, Niftulla Məmmədli “Azərbaycan” qəzetində parlament mövzusu (1918-1920)” və Nərmin Əkbərova “Sosial mediada etik davranış qaydalarının tətbiqi təcrübəsi” mövzularında yazdıqları buraxılış işlərini müdafiə ediblər.

yuxarı ⤴