Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30
Azərbaycan-Türkmənistan əlaqələrində yeni səhifə
25.06.2016/№24

Türkmənistan Elmlər Akademiyasında keçirilmiş Elm günündə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli təmsil edib. Elm günündə əvvəlcə dünyanın 15 ölkəsindən gəlmiş akademik qurumları və universitetləri təmsil edən tanınmış elm adamları Türkmənistan Elmlər Akademiyasının Texnopark şəhərciyində yaradılmış elm-istehsalat birliklərinin işi və ölkə elminin ən son nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.
Sonra akademiyanın Texnopark şəhərciyindəki akt zalında “Elm, texnika və innovasiya texnologiyaları xoşbəxtlik və inkişaf dövründə” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Türkmənistan Elmlər Akademiyasının prezidenti, müxbir üzv Meret Aşırbayevin sədrlik etdiyi plenar iclasda 8 ölkəni təmsil edən alimlərin və elm təşkilatçılarının elmi məruzələri dinlənilib. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli plenar iclasda “Azərbaycan-Türkmənistan ədəbi əlaqələri” mövzusunda məruzə edib.
Bundan başqa, Türkmənistan Elmlər Akademiyası Əlyazmaları İnstitutunun akt zalında akademiyanın Humanitar Elmlər Bölməsinə aid elmi-tədqiqat institutlarının rəhbərləri və əməkdaşları ilə görüş keçirilib. Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tərəfindən Nizami adına Ədəbiyyat İnstitutunun çap etdiyi türkmən ədəbiyyatının böyük klassiki Məhdimqulu Fəraqinin “Divan”ının təqdimatı olub.
Təqdimat mərasimində çıxış edən İsa Həbibbəyli görkəmli türkmən şairi Məhdimqulu Fəraqinin “Divan”ının Bakı nəşrinin ədəbi-tarixi əhəmiyyətindən danışaraq bu müştərək nəşri çoxəsrlik ənənələrə malik olan Azərbaycan-Türkmənistan əlaqələrinin müstəqillik dövrü mərhələsinin əlamətdar hadisəsi adlandırıb.

Ağahüseyn ŞÜKÜROV
 
yuxarı ⤴