Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30
Los-Anceles Kaliforniya Universiteti
25.06.2016/№24

 
 
 

 

 


Yerləşir: ABŞ, Kaliforniya ştatı, Los-Anceles şəhəri
Yaranma tarixi: 1919-cu il
Tipi: Dövlət
Akademik heyət: 4016 nəfər müəllim
Tələbələrin ümumi sayı: 39984 nəfər
Rəsmi saytı: www.ucla.edu

Los-Anceles Kaliforniya Universiteti (University of California, Los Angeles) ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşir. Böyük Britaniyanın “Times Higher Education Rankings” jurnalının 2016-cı il üzrə reytinq sıralamasına əsasən 100 ən yaxşı ali məktəb arasında 13-cü, “QS World Universities Rankings” in 2015-2016-cı illər üzrə reytinqinə əsasən 27-ci, Amerika Birləşmiş Ştatlarının “U.S News and World Report” jurnalının 2016-cu il üzrə milli reytinqinə görə isə ali məktəb ölkə universitetləri arasında 23-cü yerdədir. Los-Anceles Kaliforniya Universiteti Amerika Universitetləri Assosiasiyasının üzvüdür. Ali məktəb tibb, texnika, pedaqogika, incəsənət və humanitar elmlərin, idmanın inkişafına görə dünyada tanınıb.

Tarixi

Kaliforniya ştatının qanunvericilik orqanı 1881-ci ilin martında Los-Anceles şəhərində Kaliforniya Ştatı Normal Məktəbinin (sonradan San Jose Dövlət Universiteti adlandırılır) cənub filialının yaradılması haqqında qərar verib. 1882-ci il avqustun 29-da Los-Anceles şəhərində Kaliforniya Ştatı Normal Məktəbinin filialı açılıb və 1887-ci il avqustun 29-da təhsil müəssisəsinə Los-Anceles Ştatı (Dövlət) Normal Məktəbi adı verilib.
1914-cü ildə məktəb Hollivud rayonunun Vermont avenyu ərazisində yaradılan yeni kampusa köçüb. 1917-ci ildə Soutlendi təmsil edən yeganə regent (naib) Edvard Dikson və Normal Məktəbin direktoru Ernest Keroll Mur Kaliforniya Universitetinin Berklidən sonra ikinci filialını - cənub kampusunu yaratmaq məqsədi ilə fəaliyyətə başlayıb. Berkli Universitetinin məzunları - ştatın qanunvericilik orqanının nümayəndələri və 1899-1919-ci illərdə Kaliforniya Universitetinə rəhbərlik etmiş Bencamin Uiler bu ideyaya qarşı çıxıblar. Kaliforniya Universitetinin yeni prezidenti Devid Preskott Barrouz isə filialın yaradılmasına razılıq verib. 1919-cu il mayın 23-də Kaliforniya ştatının qubernatoru Uilyam Stivens Kaliforniya Universitetinin Cənub filialının yaradılması haqqında sənədi imzalayıb. Həmin ilin 15 sentyabrında açılan ali məktəbdə filologiya və pedaqogika ixtisasları üzrə ikiillik bakalavr təhsili almaq mümkün olub.
Cənub filialının tələbələrinin sayı tez bir zamanda sürətlə artır və 1920-ci ilin ortalarında ali məktəb Vermont avenyudakı ərazisini xeyli genişləndirib. 1925-ci ildə ali təhsil müəssisəsi Beverli Hillsdə Beverli-sayt adlı yeni ərazi əldə edib. 1926-cı ildə Kaliforniya Universitetinin Cənub filialının idman komandası Sakit okean sahili Konfransına daxil olur və “Bruins” adlandırılıb. 1927-ci ildə bu ali təhsil ocağına Los-Ancelesdə yerləşən Kaliforniya Universiteti adı verilib. 1929-cu ildə Los-Anceles Kaliforniya Universitetində bakalavrlar üçün 5500 nəfərlik korpus inşa edilib. Berkli Universitetinin müqavimətinə baxmayaraq, Los-Anceles Kaliforniya Universitetinin rəhbərliyi, müəllimləri və məzunlarının təkidi ilə burada 1933-cü ildən magistr, 1936-cı ildən isə doktorluq dərəcələri verilib. 1950-ci ildə Los-Anceles Kaliforniya Universiteti artıq ciddi və nüfuzlu elmi-tədqiqat mərkəzinə çevrilib. Kaliforniya Universitetinin prezidenti Robert Qordon Sproul Los-Anceles Kaliforniya Universitetini və Berkli Universitetini “Kaliforniya Universitetinin iki ayağı” adlandırırdı.
1951-ci ildən başlayaraq Los-Anceles Kaliforniya Universitetinə kansler seçilir və bununla da ali məktəb muxtariyyət əldə edib. 1960-cı ildə universitetə kansler seçilmiş Franklin Devid Merfinin səyi nəticəsində təhsil müəssisəsi sürətli inkişaf yoluna qədəm qoyub, burada müxtəlif fakültələr açılıb. Los-Anceles Kaliforniya Universiteti Kaliforniya Universitetinin bir qolu deyil, müstəqil mövqeyə malikdir. Bu dəyişikliklər kansler F.Merfinin təşəbbüsü ilə aparılıb.

Universitet bu gün

Los-Anceles Kaliforniya Universiteti Los-Anceles şəhərinin qərb hissəsində Vestvud rayonundan şimala və Sanset bulvarından cənuba 419 akr ərazidə yerləşir. 1919-cu ildə ali məktəbin kampusunda cəmi dörd bina var idi, hazırda isə burada 174-dən çox tikili mövcuddur. Qədim binalar roman və renessans üslublarında tikilib. 1950-ci ildən sonra isə müxtəlif memarlar tərəfindən müxtəlif üslublara aid yeni-yeni tikililər ucaldılıb. Bağlar, fəvvarələr, muzeylər, qarışıq memarlıq nümunələrinə aid binalar kampusa əsrarəngiz gözəllik bəxş edir.
Universitetin şəhərciyi Cənub və Şimal hissələrdən ibarətdir. Şimal kampusda İtaliya kərpicindən tikilmiş qədim binalar vardır. Humanitar, İncəsənət, Hüquq, Biznes məktəbləri, Dikson məhkəməsi həmin kampusda fəaliyyət göstərir. Cənub hissədə isə daha müasir binalar mövcuddur və Fiziki elmlər, Texnika, Psixologiya, Riyaziyyat, Tibb məktəbləri, universitetin Tibb Mərkəzi yerləşir. Şəhərcikdə ən hündür bina 1950-ci ildə yəhudi və Fələstin ərəbləri arasında sülhün bərqərar olması üçün böyük səy göstərdiyinə görə Nobel mükafatına layiq görülmüş Ralf Bançın adını daşıyan tikilidir. Binanın girişində onun büstü qoyulub. R.Banç Los-Anceles Kaliforniya Universitetinin ilk Nobel mükafatına layiq görülmüş məzunu olub. Kampusda, burada çoxlu sayda yeraltı və yerüstü dayanacaqlar olmasına baxmayaraq, maşın sıxlığından və dayanacaqların çatışmazlığından əziyyət çəkilir. Tələbələrin və əməkdaşların kampus ərazisində sərbəst hərəkətini təmin etmək üçün xüsusi yerli avtobuslar mövcuddur.
Los-Anceles Kaliforniya Universitetində Filologiya və Elmlər, Humanitar, Həyat haqqında, Fizika, Sosial elmlər kollecləri, Beynəlxalq, Ətraf Mühitin Mühafizəsi institutları, İncəsənət və memarlıq, Mühəndislik və tətbiqi elmlər, Hüquq, İdarəetmə, İctimaiyyətlə əlaqələr, Teatr, kino və televiziya, Təhsil və informasiya tədqiqatları ali, Devid Geffen adına Tibb, Stomatologiya, Səhiyyə, Tibb bacısı məktəbləri mövcuddur.
Filologiya və Elmlər Kolleci 1919-cu ilin mayından fəaliyyət göstərir. Kollec 34 akademik departamentdən ibarətdir. Burada humanitar, həyat haqqında, fizika, sosial elmlər bölmələri var. Humanitar elmlər bölməsinə incəsənət tarixi, klassika, ingilis dili, linqvistika, musiqişünaslıq, fəlsəfə, dinşünaslıq, proqramların yazılışı fakültələri aiddir. Həyat elmləri bölməsi psixobiologiya, hesablama və sistem biologiyası, ekologiya və təkamül biologiyası, mikrobiologiya, immunologiya və molekulyar genetika, molekulyar, hüceyrə və inteqral fiziologiya, nevrologiya, fiziologiya elmləri fakültələrindən ibarətdir. Fizika elmləri bölməsinə atmosfer və okean elmləri, kimya və biokimya, yer və kosmik elmlər, riyaziyyat, fizika və astronomiya, statistika fakültələri daxildir. Sosial elmlər bölməsi Afro-Amerika tədqiqatları, antropologiya, arxeologiya, kommunikasiya elmləri, iqtisadiyyat, coğrafiya, tarix, insan kompleks sistemləri, siyasi elmlər, sosiologiya, qadın problemləri tədqiqatları fakültələrindən ibarətdir. Təhsil və informasiya tədqiqatları ali məktəbi 1919-cu ildə Los-Anceles Kaliforniya Universitetinin nəzdində yaradılıb. Burada pedaqogika, informatika sahələri üzrə magistr, doktorluq dərəcələri, müxtəlif sertifikatlar verilir. Məktəbdə informasiya tədqiqatları üzrə informasiya və kitabxana elmləri magistri, kitabxana işi, arxiv tədqiqatları, kinematoqrafiya, televiziya və kino arxivləri və s. departamentlər var. Universitetin İdarəetmə məktəbində (1935) mühasibat, idarəetmənin həlli, əməliyyatı və texnologiyası, təşkilatçılıq tədqiqatları, maliyyə, qlobal iqtisadiyyat və idarəetmə, insan resursları və təşkilati davranış, informasiya sistemləri, marketinq, siyasət, daşınmaz əmlak və s. departamentləri, Harold və Poulin Sahibkarlıq Tədqiqatları, Lourens və Lori Maliyyə və İnvestisiya mərkəzləri fəaliyyət göstərir. Mühəndislik və tətbiqi elmlər məktəbi (1945) 7 akademik departamentdən ibarətdir (aerokosmik sənaye, biomühəndislik, kimya və biomolekulyar mühəndislik, informatika və hesablama texnikası, elektrotexnika, istehsal, materialşünaslıq, maşınqayırma) və 28 ixtisas proqramı təklif edir. Məktəbi “İnternetin yarandığı məkan” adlandırırlar, belə ki, 1969-cu il oktyabrın 29-da professor Leonard Kleynork və onun tədqiqat qrupu buradan Stenforda ilk olaraq məlumat göndəriblər. İncəsənət və memarlıq məktəbi (1939) tələbələrə geniş spektrdə proqram və kurs təklif edir. Məktəbdə memarlıq və şəhər dizaynı, incəsənət, dizayn-media incəsənəti, etnomusiqi, dünya incəsənəti və mədəniyyəti departamentləri mövcuddur. Məktəbin nəzdində Herb Alpert Musiqi, Eli və Edit Broad İncəsənət, Perloff Holl, Qloriya Kaufmann Holl məktəbləri, Hummer, Fuler muzeyləri, 5 tədqiqat mərkəzi fəaliyyət göstərir. Teatr, kino və televiziya məktəbi ABŞ-da bu sahəni əhatə edən ən unikal təhsil müəssisəsidir. Məktəbin arxivi Vaşinqtonda yerləşən Konqres kitabxanasından sonra ABŞ-da ikinci ən zəngin kolleksiyaya malikdir. Məktəbdə film, televiziya istehsalı, sənədli film, ssenari, animasiya, istehsalat idarəetməsi, musiqili teatr, kritik tədqiqatlar, prodüser proqramları və s. departamentlər mövcuddur. Devid Geffen adına Tibb, Stomatologiya, Səhiyyə, Tibb bacısı məktəbləri universitetin professional təhsil verən müəssisələridir. 2005-ci ildə Los-Ancelesdə Gövdə Hüceyrələri Biologiyası və Tibb İnstitutu yaradılıb. Həmin ildə Kaliforniya ştatında embrional gövdə hüceyrələrinin tədqiqatı üzrə 5 illik plan həyata keçirilib. Kaliforniya və Santa-Barbara universitetlərinin birgə əməkdaşlığı nəticəsində nanotexnologiyalar üzrə innovasiya lideri olan Kaliforniya Nanosistemlər İnstitutu yaradılıb. Ronald Reyqan adına Tibb Mərkəzi Los-Anceles Kaliforniya Universitetinin səhiyyə sisteminə aid ən böyük müəssisədir.
Los-Anceles Kaliforniya Universitetinin kitabxana sisteminə 9 milyon cild kitab, 78000-dən çox dövri nəşr, eləcə də elektron resurs daxildir. Kitabxana sistemi ümumilikdə 12 kitabxanadan ibarətdir. Bunlar Nayt Pauel, İncəsənət, Biotibbi, CCLIC Lab, Şərqi Asiya, Hüquq, Menecment, Musiqi, Mühəndislik və elmlər, Uilliam Edryus Klark Memorial, Suthern Regional, Universitet arxivləri kitabxanalarıdır. Universitetin əsas kitabxanası olan Nayt Pauel bu ali təhsil müəssisəsinin yaradılmasından öncə - 1884-cü ildən mövcud olub və sonralar universitetə birləşdirilib. Los-Anceles Kaliforniya Universitetində bir çox nəşrlər çap olunur. Onların arasında ən məşhuru gündəlik “The Daily Bruin” tələbə qəzetidir. Qəzet 1919-cu ildən fəaliyyətə başlayıb və bu günədək 20-dən çox milli mükafata, 2006-cı ildə isə Peşəkar Jurnalistlər Cəmiyyəti tərəfindən “Ən yaxşı gündəlik qəzet” adına layiq görülüb.
Los-Anceles Kaliforniya Universitetində tələbələrin yataqxanalarda məskunlaşması məsələləri ilə Yaşayış Həyatı İdarəsi, Yaşayış yeri və Qonaqpərvərlik Xidmətləri məşğul olur. Bakalavrlar şəhərciyin qərbində dağ silsiləsində yerləşən “Hill” adlı hissədə 14 kompleksdən ibarət yataqxanalarda qalırlar. Burada tələbələr hər cür şəraitlə təmin olunurlar, yataqxanaların yeməkxanaları zəngin qida menyusuna malikdir. Bakalavrlar üçün yataqxanalar holl, plaza və syuitlərə (lüks nömrələr) bölünür: Dikstara Holl, Hedrik Holl, Rieber Holl, Sproul Holl; De Neve, Rieber Vista, Rieber Terras, Hedrik Sammit və Sanset Villic plazalar; Hitç və Sakson syuitlər. Syuitlərdə 4-6 tələbə üçün yüksək şəraitlə təmin edilmiş otaqlar olur. Burada otaqlar qısa müddətə verildiyindən və qiymətləri baha olduğundan, tələbələr syuitlərə az üstünlük verirlər. 2002-ci ildə universitetdə magistr və doktorantlar üçün yeni Uerburn Terras adlı yataqxana kompleksi tikilərək 2005-ci ildə istifadəyə verilib. Kompleks Vestvudun qərbində universitetin digər yataqxanalarına yaxın yerləşir. Magistr və doktorantların 50%-dən çoxu, xüsusilə əcnəbilər bu kompleksdə məskunlaşırlar.
ABŞ-ın bütün ali məktəblərində olduğu kimi, Los-Anceles Kaliforniya Universiteti də idman sahəsində böyük uğurlara malikdir. Universitet bütün Olimpiya oyunlarında qızıl medallar əldə edib. 2004-cü ildə Afinada keçirilmiş Olimpiya oyunlarına buradan 56 idmançı göndərilib, onların 19-u qızıl medala layiq görülüb. Tələbələr, xüsusilə yelkən, serfinq, vindserfinq, qayıqlarda yarış, kayak idman növlərinə üstünlük verirlər. Həmçinin universitetdə 800-dən çox tələbə təşkilatı var. Universitetin tələbələri dərslərdən sonra vaxtlarını səmərəli keçirirlər. Onlar Los-Ancelesin tarixi yerlərinə, muzeylərinə, teatrlarına, mədəniyyət mərkəzlərinə ekskursiyalar təşkil edirlər. Tələbələr xeyriyyəçilik fəaliyyəti ilə də məşğul olur, köməyə ehtiyacı olan şəxslərə yardım göstərirlər.

Büdcə və təhsil haqqı

2015-ci ilin 30 iyun tarixinə universitetin endaument fondu 3 milyard 495 milyon 897 min dollar olub. 2016-cı maliyyə ilində ali məktəbin büdcəsi 6 milyard 700 milyon dollar müəyyən olunub. Universitetin kansleri Gene Blok, rektoru Skot Uofdur. Los-Anceles Kaliforniya Universitetində təhsil haqları bakalavrlar üçün 35583, magistrlər üçün 26320 dollar təşkil edir. Tələbələrin əlavə xərcləri də var. Sığorta 1530, kitab və digər vəsaitlər 1598, yaşayış və qidalanma 14511, nəqliyyat orta hesabla 807, şəxsi xərclər orta hesabla 4164 dollar təşkil edir. Digər zəruri xərclər də nəzərə alınmaqla tələbələrin ümumi illik təhsil xərcləri 55856 dollara çatır. Akademik heyət 4016 nəfər təşkil edir. Ali məktəbin inzibati heyəti 26139 nəfərdən ibarətdir. 2015-ci ilin məlumatına əsasən ali məktəbdə 43301 tələbə təhsil alır. Tələbələrin 55%-ni qızlar təşkil edir. Onlardan 29585 nəfər bakalavr, 12323 nəfər aspirantlardır. Ali məktəbdə 6000 əcnəbi tələbə təhsil alır, onlardan 42 faizi bakalavr, 58 faizi aspirantdır. Universitet tələbələrinin yarıdan çoxu burada qalıb işləmək və tədqiqatlarını davam etdirmək arzusundadır. Onların 38%-i Pell qrantı alır. Magistrantlar üçün də çoxlu sayda təqaüdlər təklif edilir. Onlardan ən məşhuru Kot-Robles təqaüdüdür və onun məbləği 20000 ABŞ dolları dəyərindədir.
2015-ci ildə ali məktəbə sənəd verən abituriyentlərin sayı 92000 olub, onlardan yalnız 20 faizi bu ali məktəbin tələbəsi adını qazana bilib. Bütün abituriyentlər AST (yazılı) və yaxud SAT (oxu, riyaziyyat, yazılı), IELTS (7,0 və daha yuxarı) və yaxud TOEFL (İBT 83 və daha yuxarı) imtahanları verməlidirlər.

Məşhur məzunları

Ali məktəbin müəllim və məzunları arasında 13 Nobel mükafatı laureatı, 37 ABŞ Milli Elmlər Akademiyası, 97 Amerika İncəsənət və Elmlər Akademiyası üzvü var. Universitetin məzunlarından Uilyam Frenç Smit (ABŞ-ın sabiq baş prokuroru), Dennis Ross (ABŞ-ın Yaxın Şərq üzrə politoloqu), Fərid Əbbud (Livanın ABŞ-dakı sabiq səfiri), Maykl Ovits (“Walt Disney” kompaniyasının sabiq prezidenti), Stesi Snayder (“DreamWorks Pictures” kompaniyasının prezidenti), Nobutata Saji ( “Suntory” kompaniyasının icraçı direktoru), Çarlz Yanq (Los-Anceles Kaliforniya Universitetinin sabiq kansleri), Stiven Müller (Con Hopkins Universitetinin sabiq prezidenti), iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Elinor Ostrom, kimya üzrə Nobel mükafatı laureatları Uilyam Şarp, Bryus Merrifield, Glenn Seaborg, sülh üzrə Ralf Bançın adlarını çəkmək olar. Universitetin məşhur müəllimlərindən Uorren Kristofer (ABŞ-ın sabiq dövlət katibi), Maykl Dukakis (Massaçusets ştatının sabiq qubernatoru), Lüis İnqarro (tibb üzrə Nobel mükafatı laureatı), Paul Boyer (kimya üzrə Nobel mükafatı laureatı), Donald Kram (kimya üzrə Nobel mükafatı laureatı), Culian Zvinger (fizika üzrə Nobel mükafatı laureatı), Uillard Libbi (kimya üzrə Nobel mükafatı laureatı), Bertran Rassell (ədəbiyyat üzrə Nobel mükafatı laureatı) adlarını qeyd etmək olar.
Ali məktəbin məzunları tərəfindən hazırlanmış texnologiyalar əsasında 140 kompaniya yaradılıb. Universitet əməkdaşlarına məxsus 3000 ixtira və 900 patent bu ali məktəbin elm dünyasında xüsusi yer tutduğunu göstərir.

Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”
 

yuxarı ⤴