Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30
Əməlləri və sözü ilə yaşayan müəllim
25.06.2016/№24

 

 

 


Asim İsa Çələbi oğlu Qazıyev həyatıyla, əqidəsiylə, yaşam tərziylə, savadı, sənəti, şeiriyyəti ilə nəsillərə örnək ola bilən insan idi.
Öz ömrünü qeyrətlə başa vursun gərək insan,
Belə gözəl insanlarla yaşamışam, qəlbən şadam.
Nə bir tərif söyləsinlər, nə də çox söz ölən zaman,
Qoy yazsınlar baş daşına iki kəlmə: Yaxşı Adam.
Asim Qazıyevin qələmindən çıxan bu misralar Gəncə şəhərinin “Səbzkar” qəbiristanlığındakı sərdabəsinin üzərində yazılıb. Daş üzərində yazı deyil o. Asim müəllimin minlərlə yetirməsinin, qohumların, dostların, ellilərinin, onu tanıyanların, sevənlərin ürəyində, yaddaşında yazılanlardır. Sözün dəyərini bilən, əslindən-nəslindən xəbərdar olan insan üçün sözdən uca tapıntı, sığınacaq yoxdur. Söz onu ucaltdı, söz onu qorudu, söz onu yaşatdı. Asim İsa Çələbi oğlu Qazıyev - Yaxşı Adam!
Qazıyev Asim 1926-cı il mayın 10-da Samux rayonunda dövrünün oxumuş, sözə, şeirə bağlı insanlarından biri - İsa Çələbinin ailəsində anadan olub. Yeddillik təhsilini başa vurandan sonra 1940-43-cü illərdə Kirovabad (Gəncə) 3 nömrəli tibb məktəbində oxuyub. 1945-50-ci illərdə Kirovabad Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) dil-ədəbiyyat fakültəsində təhsil alıb. 14 yaşından şeir yazmağa başlayıb. Özünə “Sevdalı” təxəllüsü götürüb. Tələbəlik illərində institutda ədəbiyyat dərnəyinə rəhbərlik edib. İlk dəfə “Mənim yurdum” adlı şeiri 1948-ci ildə “Ədəbiyyat qəzeti”ndə çap olunub.
Ali məktəbi bitirəndən sonra Asim Qazıyev vilayət maarif şöbəsində instruktor vəzifəsində çalışıb. Vilayət Ədəbi Yazarlar Birliyinə rəhbərlik edib. Müəllimlik arzusu onu Samux rayonuna gətirib. Burada orta məktəbə direktor təyin olunub. Mətbuatla əlaqələri seyrəlib. 1954-cü ildə Mingəçevir su anbarının tikintisi ilə əlaqədar Samuxun bir neçə kəndi Bərdə rayonuna köçürülüb.
Asim Qazıyev fəaliyyətini Bərdənin Leninabad (Samux) kəndində davam etdirib. Biri çiy kərpicdən, digəri daşdan iki məktəb binası tikdirib. Nüfuzlu, tələbkar, həddən artıq ciddi insan, qabaqcıl məktəb direktoru, savadlı müəllim, ictimaiyyətçi, el ağsaqqalı, rayon sovetinin deputatı, xalq iclasçısı, şair kimi tanınıb, sevilib. 1990-cı ilədək Bərdə rayonunda tanınan, sevilən idarə rəhbərlərindən olub. Maarif Nazirliyinin “Qabaqcıl maarif xadimi” döş nişanına layiq görülüb. 1990-cı ildə səhhətilə əlaqədar təqaüdə çıxıb və Gəncə şəhərinə köçüb. 1997-ci ilin fevral ayında vəfat edib.
Asim Qazıyev 1949-cu ildə ailə qurduğu həyat yoldaşı Fəridə Əzimova ilə institutda bir qrupda oxuyub. Həmişə eyni məktəbdə çalışıblar, hər zaman bir-birlərinə arxa-dayaq olublar. Asim müəllimin, Fəridə müəllimin yetirmələri Azərbaycanın müxtəlif guşələrində ədəbiyyatımızı, ana dilimizi şərəflə tədris edirlər, müəllimlərinin adını uca tuturlar.
1996-cı ildə Asim Sevdalının “Qələmin qüdrəti yaz deyir mənə” adlı ilk şeir kitabı çap olunub. Bu günlərdə 90 illik yubileyi ərəfəsində Asim Qazıyevin “Xeyli sözüm var” adlı yeni şeir kitabı çapdan çıxıb. İnsanlıq, Vətən, həyat, doğmalar, məşhur insanlar, sevgi haqqında şeirləri bir içim su kimi oxuyub səhifədən-səhifəyə adladıqca oxucu yaşamını, duyğularını şeirlərinə köçürən, öyüdünü, nəsihətini misralara çevirən dəyərli bir insanla, gözəl şairlə tanış olur bu kitabda. Oxucu onu yazdığı şeirlərdən tanıyacaq, sevəcək. Biləcək kimdir, kimlərdəndir, sevgiləri, sevincləri, kədəri necə yaşayıb. Soy-kökünə, elinə-obasına, əzizlərinə, doğmalarına necə bağlı insan olub. Şeirləri bir alim, ağsaqqal nəsihəti qədər dərin və mənalıdır. Müəllim, məktəb direktoru kimi necə şərəfli bir ömür keçirib. Dünya belə insanların əməlləri üzərində dayanır.
“Xeyli sözüm var” kitabı xalq şairi Nəriman Həsənzadənin xatirələri ilə başlayır. N.Həsənzadə 50-ci illərdə Gəncə ədəbi mühiti, Asim Qazıyevin o mühitin formalaşmasındakı fəaliyyətindən söz açır.
Bir alimdən soruşurlar: “kimi ağsaqqal saymaq olar?”
Cavab verir: “Elmini başqalarına öyrədən elm sahibini”. Asim müəllim elmini başqalarına öyrədən ağsaqqal idi. Onun şeirləri insanlara həyat dərsi keçə biləcək qədər adildir, aqildir. Özü sevənlərinin qəlbində, dünyası şeirlərində yaşayır Asim Qazıyevin.

B.NƏBİYEVA
 

yuxarı ⤴