1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 26.05.2017

// 26.05.2017

// 26.05.2017


 

 
Gənc güləşçilərimiz Avropa çempionatında uğurla iştirak ediblər
25.06.2016/№24

 

 

 


Buxarestdə keçirilən güləş üzrə gənclər arasında Avropa çempionatında yığma komandamızın üzvləri 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, güləşçilərimizdən Nofəl Babayev (55 kq), Mikayıl Rəhmanov (60 kq) və İslam Abbasov (84 kq) qızıl medal qazanıblar. Azər Nəsibli (50 kq) gümüş, Sənan Süleymanov (66 kq) isə bürünc medala yiyələnib.
Bu nəticə ilə yığmamız 48 xal toplayaraq çempionatı komanda hesabında üçüncü pillədə tamamlayıb. 62 xal toplayan Gürcüstan birinci, 50 xal toplayan Rusiya isə ikinci olub.
Xatırladaq ki, ötən il analoji yarışda da yunan-Roma güləşçilərimiz 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmışdılar.

 

yuxarı ⤴