1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Boks üzrə “Təhsil” RİM-in açıq birinciliyinə yekun vurulub
25.06.2016/№24

 

 

 


Biləsuvar Olimpiya İdman Kompleksində boks üzrə 2002-2003-cü il təvəllüdlü oğlanlar arasında “Təhsil” Respublika İdman Mərkəzinin açıq birinciliyi keçirilib.
Yarışın keçirilməsində əsas məqsəd boks idman növünün təbliği və inkişaf etdirilməsi, idmançıların təlim-məşq prosesinin keyfiyyətinin yoxlanılması, beynəlxalq yarışlara hazırlıq və “Təhsil” RİM-in boks üzrə 2002-2003-cü il təvəllüdlü oğlanlardan ibarət yığma komandasını müəyyənləşdirməkdən ibarətdir.
Birincilikdə ilk dəfə olaraq, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin komandalarından başqa, idman cəmiyyətlərinin və idman klublarının komandaları da iştirak edib.
Gərgin mübarizə şəraitində keçən yarışda komanda hesabında I yeri “Təhsil” RİM-in 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası, II yeri Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin komandası, III yeri isə Cəlilabad Rayonu Uşaq-Gənclər İdman Məktəbinin komandası tutub.
Qaliblər “Təhsil” RİM tərəfindən kubok, medal, diplom və hədiyyələrlə təltif olunub.
 

yuxarı ⤴