1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.02.2017

// 18.02.2017



Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığma komandası UEFA turnirinin qalibi olub
25.06.2016/№24

 

 

 


Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığma komandası Makedoniyanın paytaxtı Skopyedə keçirilən UEFA inkişaf turnirinin qalibi olub.
AZƏRTAC xəbər verir ki, Patrisiya Qonsalesin baş məşqçi olduğu komanda ilk oyunda meydan sahibləri ilə qarşılaşıb. Oyun 2:2 hesablı heç-heçə ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən Makedoniya futbolçuları 4:2 (ümumi hesab 6:4) hesabı ilə qalib gəlib.
Növbəti oyunda rəqib Xorvatiya olub. Bu dəfə Azərbaycan millisi 3:1 hesablı qələbə qazanıb. Son oyunda isə Xorvatiya və Makedoniya yığmaları üz-üzə gəlib və oyun birincilərin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qaydalara görə, penalti zərbələri ilə qalib gələn komandanın aktivinə iki, məğlub komandanın hesabına isə bir xal əlavə edilir. Yekunda 4 xal toplayan millimiz UEFA inkişaf turnirinin qalibi olub.

 

yuxarı ⤴