1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 21.07.2017

// 21.07.2017



 


Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği ilə bağlı layihə
25.06.2016/№24

 

 

 


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə və Sabirabad Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə “Gənclərin Elmi Araşdırmalar Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Mənim uğurum - Yeniyetmə və Gənclər arasında sağlam həyat tərzinin təbliği və idman yarışının təşkili” adlı layihə uğurla yekunlaşdırıldı.
Layihənin məqsədi Sabirabad rayonunda gənc nəslə narkomaniya və zərərli vərdişlərin fəsadları haqda məlumat vermək, onlar arasında sağlam həyat tərzini təbliğ etmək və idmana marağın artırılması məqsədi ilə idman yarışlarının təşkil edilməsindən ibarətdir. Layihə çərçivəsində Sabirabad rayonunda futbol yarışları təşkil edildi. Komandalar arasında 10 gün ərzində futbol turniri keçirildi.
Yarışın sonunda qalib komandalar kubok, medal və mükafatlarla təltif olundular.
 

yuxarı ⤴