1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

İdman məktəbinin yetirmələri beynəlxalq turnirin birincisi olub
25.06.2016/№24

 

 

 


Bu günlərdə 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİM) yetirmələri 1999-2001-ci il təvəllüdlü oğlanlar və qızlar arasında Həzi Aslanovun xatirəsinə həsr edilmiş XXVIII beynəlxalq cüdo turnirində uğurla iştirak ediblər.
13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktoru Əli Əliyevdən aldığımız məlumata görə, 10 ölkədən 357 idmançının iştirak etdiyi turnirdə idman məktəbi 38 cüdoçu ilə təmsil olunub.
Yarışda idman məktəbinin çüdoçuları dörd qızıl, bir gümüş və iki bürünc medal qazanaraq birinci yerə layiq görülüblər. Turnirdə məktəbin yetirmələrindən Murad Abışov (46 kq), Cəfər Əkbərli (90 kq), Mehdi Zeynalov (55 kq) və Diana Şoranova (70 kq) qızıl, Sabir İsmayılov (66 kq) gümüş, Nigar Hacıramazanova (40 kq) və Paşa Əliyev (73 kq) turniri bürünc medalla başa vurublar.

Rəşad ZİYADOV,
“Azərbaycan müəllimi”
 

yuxarı ⤴