1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Azərbaycanlı şagirdlərdən növbəti uğur
30.06.2017 / No24

 
 

 

 


24-29 iyun 2017-ci il tarixlərində Bolqarıstanın Varna şəhərində yeniyetmələrin 21-ci Beynəlxalq Balkan Riyaziyyat Olimpiadası keçirilib. Olimpiadada Bolqarıstan, Rumıniya, Serbiya, Yunanıstan və digər Balkan ölkələri ilə yanaşı, Fransa, Qazaxıstan, Səudiyyə Ərəbistanı və daha bir çox ölkənin şagirdləri iştirak edib. Azərbaycan bu elm yarışında 6 şagird və 2 rəhbər olmaqla 8 nəfərlik heyət ilə təmsil olunub.

“İstək” liseyinin 9-cu sinif şagirdi Ramil Cəbiyev olimpiadanın gümüş, həmin təhsil müəssisəsinin 9-cu sinif şagirdləri Ramiz Vəliyev, Murad Ağayev, həmçinin Fizika-riyaziyyat və informatika təmayüllü liseyin 8-ci sinif şagirdləri Murad Ağazadə və Abbas Məmmədov olimpiadanın bürünc medalına layiq görülüblər.

Qeyd edək ki, şagirdlərin hər biri Fizika-riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində həftədə iki dəfə olmaqla hazırlıq dərslərində iştirak edirlər.
 

yuxarı ⤴