1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Rəsmi xronika
30.06.2017 / No24

 

 

 


* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 29-da Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi və bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

* İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Varşavada Polşa Respublikasının Baş naziri xanım Beata Şidlo ilə görüşüb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Polşa Respublikası Senatının marşalı Stanislav Karçevski ilə görüşüb.

* İyunun 27-də Varşavada Azərbaycan-Polşa biznes forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Andjey Duda biznes forumun açılış mərasimində iştirak ediblər.

* Prezident İlham Əliyev iyunun 27-də Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26-28 iyun tarixlərində Polşa Respublikasında rəsmi səfərdə olub. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Andjey Dudanın iyunun 27-də təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşləri keçirilib, Azərbaycan-Polşa sənədləri imzalanıb. Həmin gün Azərbaycan və Polşa prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.

* Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından biri - Formula-1 Azərbaycan Qran-Prisi iyunun 25-də uğurla başa çatıb. Prezident İlham Əliyev Qran-Prinin açılış mərasiminə və final yarışına baxıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Kozakı qəbul edib.

* İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Formula-1-in sədri və icraçı direktoru Çeyz Kerini, Formula-1 Motorsportun direktoru Rous Braunu və Formula-1-in kommersiya və marketinq üzrə direktoru Şon Bratçesi qəbul edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də E.O.Əmirbəyovun Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Fransa Respublikası Milli Assambleyasının keçmiş üzvü, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Gürcüstanın Baş nazirinin müavini, təhsil və elm naziri Aleksandr Jejelavanı qəbul edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Şirvan şəhərinə səfər edib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şirvan şəhərində yerləşən hərbi hissəsinin, Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin Şirvan şəhərindəki 7V2 (RPQ) tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ qumbaralı atəş yığımlarının istehsalı və 40x46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodlarının açılışlarında iştirak edib.
 

yuxarı ⤴