1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Ali məktəblərimiz Fransanın Valenciennes Universiteti ilə əməkdaşlıqda maraqlıdır
30.06.2017 / No24

 
 

 

 


Fransanın Valenciennes Universitetinin prezidenti, professor Abdelhakim Artiba, universitetin beynəlxalq əməkdaşlıq üzrə vitse-prezidenti, professor Sebastien Grondel və mədəniyyət və incəsənət üzrə vitse-prezidenti Arnaud Huftier ölkəmizdə səfərdədir. Səfər çərçivəsində fransalı qonaqlar ölkəmizin bir sıra universitetlərində olub, bu ali məktəblərin rəhbərləri ilə görüşüblər.

İyunun 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən görüşdə beynəlxalq əlaqələr və birgə əməkdaşlıq məsələləri müzakirə olunub. Fransa və Azərbaycan universitetlərinin ən uğurlu layihəsi olan UFAZ-ın ADNSU üçün qürurverici əməkdaşlıq nümunəsi olduğunu deyən ADNSU-nun rektoru, professor Mustafa Babanlı digər fransız universitetləri ilə də əməkdaşlığa hər zaman açıq olduqlarını və buna yüksək dəyər verdiklərini qeyd edib.

ADNSU-nun tarixi, beynəlxalq əlaqələri və universitetdə aparılan islahatlar barədə qonaqlara ətraflı məlumat verən rektor, professor M.Babanlı UFAZ-ın təkcə Azərbaycanda deyil, regionda böyük bir layihə olduğunu, burada ölkənin ən savadlı gənclərinin təhsil aldığını vurğulayıb. “İstərdim ki, bizim bu əməkdaşlıq daha da genişlənsin və biz Fransanın digər ali təhsil ocaqları ilə də əməkdaşlıq edək”, - deyə rektor, professor M.Babanlı geyd edib.

ADNSU ilə təhsildə bir çox ümumi maraqlarının olduğunu diqqətə çatdıran Fransanın Valenciennes Universitetinin rektoru, professor Abdelhakim Artiba beynəlxalq əməkdaşlığa daim yüksək dəyər verdiklərini deyib və rəhbərlik etdiyi universitetın tədris prosesi, əməkdaşlıq əlaqələri, maddi-texniki bazası və digər sahələr haqqında məlumat verib. Abdelhakim Artiba ADNSU ilə əməkdaşlığın əhəmiyyətindən danışıb. “Biz mövcud sanaye sahələri üzrə, əsasən də texniki və nəqliyyat sahəsində kadr hazırlayırıq. Çox istərdim ki, sizin universitetlə də texniki sahədə əməkdaşlıq edək”, - deyə professor Abdelhakim Artiba bildirib. Görüşdə əməkdaşlıq oluna biləcək sahələr müzakirə edilib, startap üzrə əməkdaşlığın önəmi vurğulanıb.

İyunun 29-da Azərbaycan Texniki Universitetində baş tutan görüşdə AzTU-nun rektor əvəzi Xalıq Yahudov Fransanın Valenciennes Universiteti ilə əməkdaşlığa məmnun olduğunu bildirib. AzTU-nun tarixi, beynəlxalq əlaqələri və universitetdə aparılan islahatlar barədə qonaqlara ətraflı məlumat verən rektor əvəzi universitetdə maşınqayırma, metallurgiya, nəqliyyat, rabitə və bu kimi mühüm sahələr üçün yüksəkixtisaslı mühəndis kadrlar hazırlandığını diqqətə çatdırıb.

AzTU ilə əməkdaşlığa xüsusi marağı olan Fransanın Valenciennes Universitetinin prezidenti Abdelhakim Artiba da öz növbəsində rəhbərlik etdiyi universitetin tədris prosesi, əməkdaşlıq əlaqələri, maddi-texniki bazası və digər sahələr haqqında məlumat verib. Qonaq AzTU haqqında ilkin təəssüratını bölüşərək iki universitet arasında geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu qeyd edib.

Görüşdə birgə əməkdaşlığın predmetləri və xüsusilə hər iki tərəf üçün maraqlı olan müəllim, tələbə mübadiləsi məsələsi müzakirə olunub.

Daha sonra AzTU-nun nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində əməkdaşlıq müqaviləsi imzalanıb.

Səfər çərçivəsində daha bir görüş iyunun 29-da Azərbaycan Dillər Universitetində olub. Fransanın Valenciennes Universitetinin vitse-prezidenti Arnaud Huftierlə keçirilən görüşdə ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla universitetdə fəaliyyət göstərən Fransa mərkəzlərinin bu ölkənin universitetləri ilə əlaqələrinin möhkəmlənəcəyinə əminliyini ifadə edib. A.Huftier isə ADU ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayaraq birgə layihələrin həyata keçirilməsinin perspektivlərindən söz açıb.
 

yuxarı ⤴