1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Məktəblilərarası I Robot Olimpiadasının qalibləri mükafatlandırılıb
30.06.2017 / No24

 

 

 


İyunun 23-də Məktəblilərarası I Robot Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Olimpiadanın keçirilməsində əsas məqsəd məktəblilər arasında robototexnika sahəsinə marağı artırmaq, robot texnologiyalarından sərbəst istifadə bacarığını formalaşdırmaq və Azərbaycanda İKT sahəsi üzrə peşəkar kadrların hazırlanmasına şərait yaratmaqdan ibarətdir.

Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, millət vəkilləri, bir sıra dövlət və özəl qurumların və təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, münsiflər heyətinin sədrləri və üzvləri, olimpiada qalibləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra “İstək” liseyinin direktoru vəzifəsini icra edən Elxan Əliyev olimpiadanın keçirilməsi və təşkili haqqında məlumat verib.

Daha sonra təhsil nazirinin müavini Ceyhun Bayramov məktəblilər arasında keçirilən bu olimpiadanın əhəmiyyətindən danışıb və qalibləri təbrik edərək onlara uğurlar arzulayıb. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan istedadlı şagirdlərin inkişafı və stimullaşdırılması ilə bağlı Təhsil Nazirliyi tərəfindən davamlı tədbirlərin görüldüyünü nəzərə çatdıran Ceyhun Bayramov Məktəblilərarası I Robot Olimpiadasının daha geniş çərçivədə təşkilinin mümkünlüyünü bildirib.

Tədbirdə Məktəblilərarası I Robot Olimpiadasının keçirilməsi və olimpiada qalibləri haqqında hesabat videoçarxı nümayiş olunub. Qeyd olunub ki, Məktəblilərarası I Robot Olimpiadasının keçirilməsi beynəlxalq robot və layihə olimpiadalarının təşkilati təcrübəsinə əsaslanır.

3 kateqoriya – “Line follower”, “Lego sumo” və “Hardware control” kateqoriyaları üzrə təşkil olunan olimpiadada Bakı, Sumqayıt, Şirvan, Quba, Mingəçevir, Gəncə, Ağdaş və Lənkəran şəhərlərini təmsil edən 100-ə yaxın şagird 45 layihə ilə çıxış edib.

Sonda qalib gələn şagirdlərə medal, diplom, sertifikat və qiymətli hədiyyələr təqdim olunub.

Məktəblilərarası I Robot Olimpiadası Təhsil Nazirliyi və “İstək” liseyinin birgə təşkilatçılığı, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası (AREA), Bakı Mühəndislik Universiteti, “Edumedia-Azərbaycan”, “Edutainment” şirkəti, “Microsoft Azərbaycan” şirkəti və STEP Kompüter Akademiyasının tərəfdaşlığı ilə həyata keçirilib.
 

yuxarı ⤴