1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






“Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi uğurla başa çatıb
30.06.2017 / No24

 
 

 

 


IDEA İctimai Birliyi, Təhsil Nazirliyi Respublika Uşaq- Gənclər İnkişaf Mərkəzi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin iştirakı ilə keçirilən “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası” proqramı çərçivəsində “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi uğurla başa çatıb.

Salyan rayonunun Yenikənd, Şəkərli, Kürsəngi, Kürqarağaclı və Neftçala rayonunun Tatarməhəllə kəndlərindən 30 məktəblinin iştirak etdiyi düşərgə bu rayonun ərazisində təşkil edilib.

“Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsinin əsas məqsədi ceyranların reintroduksiya edildiyi ərazilərdə, o cümlədən onların məskunlaşdığı təbii areallara yaxın yerlərdə yaşayan gənc nəsli bu növ barədə maarifləndirməkdir. Düşərgənin gedişatında iştirakçılar ceyranların həyat tərzi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar əldə ediblər.

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşlarının tərtib etdikləri xüsusi maarifləndirmə proqramı üzrə şagirdlər müxtəlif ekoloji oyunlarda və tədqiqatlarda, müzakirələrdə və müsabiqələrdə iştirak edib, ekosistem xidmətlərinin canlıların və insanın həyatında əhəmiyyətinə həsr olunmuş təqdimatla tanış olublar. Ceyranları əyani olaraq müşahidə etmək üçün düşərgə iştirakçılarının Şirvan Milli Parkına ekskursiyası təşkil olunub, flora və fauna haqqında ətraflı məlumat verilib.

Yekunda düşərgə iştirakçılarına sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.

IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr mütəmadi olaraq 2014-cü ildən etibarən hər il təşkil edilir. Bu müddət ərzində düşərgələrdə Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara rayonlarından ümumilikdə 300-dən çox məktəbli iştirak edib.

“Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə qaytarılması” proqramına 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən başlanılıb. Hazırda IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində uğurla icra olunmaqdadır.
 

yuxarı ⤴