1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Kibertəhlükəsizlik” ixtisası üçün standartlar
30.06.2017 / No24

 

 

 


Ukrayna ali məktəblərində yeni ixtisas tədris olunacaq

Ukraynanın ali təhsilin keyfiyyətinə təminat üzrə Milli Agentliyi “Kibertəhlükəsizlik” ixtisası üçün təhsil standartlarını razılaşdırıb. Bu haqda Ukrayna Təhsil və Elm Nazirliyinin mətbuat xidmətindən bildirilib. “Son vaxtlar kibertəhlükəsizlik üzrə mütəxəssislərə kəskin ehtiyac hiss olunur. Yeni standartın təsdiqi bizə əldə olunmuş bilikləri real şəraitdə tətbiq etməyə və dövrün çağırışlarına qarşı reaksiya göstərməyə imkan verən yüksək səviyyəli mütəxəssislər hazırlamağa şərait yaradacaq. Bunun üçün həmçinin müvafiq təhsil proqramı işlənib hazırlanmışdır”, - deyə Ukraynanın təhsil və elm nazirinin birinci müavini Vladimir Kovtunets bildirib. Onun sözlərinə görə, bakalavr səviyyəsində kibertəhlükəsizlik ixtisası üzrə standartın təsdiq olunması üçün əmrin müvafiq layihəsi artıq hazırdır. Standartın 2017-2018-ci tədris ilindən tətbiqi gözlənilir.
 

yuxarı ⤴