1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Türkiyədə də müəllimlərin bilik və bacarıqları qiymətləndiriləcək
30.06.2017 / No24

 
 

 

 


Türkiyə Milli Təhsil Nazirliyi müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə bağlı yeni sənəd hazırlayıb. Nazirliyin sektor müdiri Semih Aktekin bildirib ki, layihənin əsas məqsədi müəllimlərin daim öz üzərində çalışmasını, inkişafını təmin etməkdir. 2016-cı ildə bir çox məktəbdə pilot olaraq qiymətləndirmə həyata keçirən nazirlik müəllimlərin 98 faizinin yüksək nəticə göstərdiyini açıqlayıb.

Nazirliyin rəsmisi vurğulayıb ki, 4 ildən bir keçirilməsi nəzərdə tutulan imtahan yalnız bilik və tədris bacarığının yoxlanılması ilə məhdudlaşdırılmayacaq. Belə ki, müəllimlər müsahibəyə dəvət olunacaq, onların şəxsi keyfiyyətləri, psixoloji vəziyyətləri də mütəxəssislər tərəfindən araşdırılacaq.

İmtahanların daha bir üstün cəhəti şagirdlərə müəllimini xarakterizə etmə şansının verilməsidir. Məsələn, şagird müəllimini “O, məni səbirlə dinləyir” kimi meyarlarla qiymətləndirə biləcək. Bu sorğular nazirliyin elektron portalında yaradılan onlayn sistem vasitəsi ilə aparılacaq.

Semih Aktekin bu imtahanın bir çox müəllimdə yaratdığı narahatlığa aydınlıq gətirib: “Bu, seçim, yaxud işdən çıxarma imtahanı deyil. Biz bu qiymətləndirmə vasitəsi ilə müəllimin tədris etdiyi fənlə bağlı hər hansı çatışmazlığı varsa, onu üzə çıxarmaq istəyirik. Əgər belə hal aşkar edilərsə, o müəllim əvvəlcədən müəyyən etdiyimiz universitetdə əlavə ixtisas dərslərinə qatılacaq”.

 

yuxarı ⤴