1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Massaçusets Texnologiya İnstitutundan yeni təşəbbüs
30.06.2017 / No24

 

 

 


MIT bütün dünyada təhsilin inkişafı ilə məşğul olacaq

ABŞ-ın ən reytinqli ali məktəblərindən olan Massaçusets Texnologiya İnstitutu (MIT) yeni təşəbbüslə çıxış edib. Təşəbbüs təhsilin bütün dünyada daha əlçatan olmasını təmin etməyə əsaslanıb. Ali məktəbin tədqiqatlar, təhsil siyasəti və pedaqoji təcrübə sahəsində ixtisaslaşmış “J-WEL” laboratoriyası ilk növbədə inkişaf etmiş ölkələrin əhalisi ilə işləyərək, əsasən qızların və qadınların təhsil problemlərinin həllinə çalışacaq.

Layihə çərçivəsində MIT-ın mövcud resurslarından, rəqəmsal tədris materiallarından və tədqiqatın nəticələrindən geniş istifadə olunması nəzərdə tutulub. “J-WEL” layihələri məktəb, ali məktəb və peşə təhsilinin inkişafına yönəldilib. Layihənin təşkilatçıları ümid edirlər ki, “J-WEL” yerli məktəbləri, dövlət orqanlarını, qeyri-kommersiya təşkilatlarını, istehsalçıları və xeyriyyəçiləri birləşdirə biləcək. Təşəbbüsün bütün iştirakçıları MIT-ın tədris materiallarından yararlana biləcəklər.

yuxarı ⤴