1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Təhsil Şurasının növbəti iclası keçirilib
30.06.2017 / No24

 
 

 

 


Saatlı Rayon Təhsil Şöbəsində Təhsil Şurasının növbəti iclası keçirilib. İclasda təhsil şöbəsinin rəhbərliyi və əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.

Təhsil şöbəsinin müdiri Seyidağa Kazımov təhsil nazirinin əmr və qərarlarının icrası ilə əlaqədar görülən işlərdən danışıb.

İclasda ilk olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən rayonun ümumtəhsil məktəblərinin IX-XI siniflərində mərkəzləşdirilmiş qaydada keçiriləcək buraxılış imtahanlarına hazırlığın vəziyyəti barədə müzakirələr aparılıb.

Eyni zamanda Cəfərxan, Qırağlı və Qaracalar kənd tam orta məktəblərində aparılmış monitorinqin nəticələri təhlil olunub. Təhsil şöbəsinin aparıcı məsləhətçisi Zeynal Əzizov iclas iştirakçılarını monitorinqin nəticələri ilə tanış edib. Arayış dinlənildikdən sonra şura üzvləri ona münasibətlərini bildiriblər.

Sonra “Ümumi orta təhsil haqqında və orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi qaydası”nın təsdiqi haqqında Təhsil Nazirliyinin 8 iyun 2017-ci il tarixli 129 nömrəli əmri barədə metodkabinet müdiri Sənan Əzizov məlumat verib.

Sonda məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.

Xalid NƏCİYEV,
Saatlı Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴