1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
“Qaymaqlı məktəbinin ziyası”
30.06.2017 / No24

 
 

 

 


Qazax rayonu Qaymaqlı kənd orta məktəbində Azərbaycan Dillər Universitetinin əməkdaşı Güllüzar Əfəndi qızının müəllifi olduğu “Qaymaqlı məktəbinin ziyası” kitabının təqdimatı keçirilib. Tədbirdə Qazax mahalının yaradıcı insanları, qonşu məktəblərin direktorları, müəllimlər və kənd ziyalıları iştirak ediblər.

Tədbiri giriş sözü ilə Qaymaqlı kənd orta məktəbinin direktoru İlham Nəsibov açaraq, yeni işıq üzü görmüş kitab barəsində danışıb. Sonra Qazax mahalının yazarları və məktəb direktorları kitabla bağlı ürək sözlərini deyiblər. Qeyd olunub ki, kitabda Qaymaqlı kəndinin etnoqrafik tarixindən və vaxtilə kənddə fəaliyyət göstərmiş məktəblərdən bəhs edilir. Kitabda məktəbdə dərs deyən müəllimlərin pedaqoji, təhsil və tərbiyə alan məzunların elmi fəaliyyəti, yaradıcı insanların ömür yolu, kəndin tarixi abidələri, vətən yolunda şəhid olan məktəbin yetirmələrinin qəhrəmanlığı və s. öz əksini tapıb.

yuxarı ⤴