1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






“Öyrətmək eşqi məni bu sənəti seçməyə sövq etdi”
30.06.2017 / No24

 

 

 


Vəsilə Salmanova: “Müəllim daim axtarışda olmalıdır”

Növbəti müsahibimiz Samux rayonu İstixana qəsəbə ümumi orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəsilə Salmanovadır. O,1989-cü ildə Naftalan şəhərində anadan olub. 2011-ci ildə Gəncə Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 2013-cü ildə GDU-nun magistratura şöbəsinə qəbul olub və 2015-ci ildə magistr təhsilini müvəffəqiyyətlə başa vurub. Təhsil Nazirliyi tərəfindən 2016-2017-ci tədris ilində müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanlarda yüksək nəticə göstərərək Samux rayonu İstixana qəsəbə ümumi orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi qəbul edilib. Biz Vəsilə Salmanovanın pedaqoji təəssüratlarını öyrənmək üçün onun çalışdığı məktəbdə olduq.

- Vəsilə xanım, sizdə müəllim olmaq istəyi necə yarandı?

- Əvvəla, müəllim öyrədəndir. Öyrədə-öyrədə özü də çox şey öyrənir. Öyrətmək eşqi də məni bu sənəti seçməyə sövq etdi.

- Necə oldu belə bir uzaq rayonda işləməyi seçdiniz?

- Məsafə uzaqlığı mənim yaxşı müəllim olmaq istəyimə təsir edə bilməz. Uzaq bir rayon olsa da fikrim qətidir.

- Şagirdlərlə ilk görüşün yadında necə qalıb?

- Şagirdlərimin mənə qarşı münasibəti çox yaxşı oldu. İlk gündən onları ələ almağı bacardım.

- Ailənizin və yaxınlarınızın sizin bu kəndi seçməyinizə münasibəti necə oldu?

- Çox yaxşı. Onlar mənim yaxşı bir müəllim kimi formalaşmağıma, işimə daha da həvəslə yanaşmağıma böyük dəstək olurlar.

- Sizə qarşı müəllim kollektivinin və valideynlərin münasibəti necədir?

- Bunu sözlə ifadə eləmək çətindir. İstər məktəb rəhbərliyinin, istərsə də kənd camaatının ilk gündən diqqət və qayğısını hiss etmişəm.

- Müəllim olmaq istəyənlərə sözünüz varmı?

- Var. Birinci, ixtisasına sevgiylə yanaşmaq. İkinci, məsuliyyət. Heç kim əmin olmamalıdır ki, hər şeyi bilirəm. Müəllim daim axtarışda olmalı, yeni biliklər əldə etməli və bildiklərini daha da möhkəmlətməlidir.

- Aldığınız məvacib sizi qane edirmi?

- Aldığım əməkhaqqı yeni işə başlamış bir müəllim kimi məni qane edir. Amma bu sənəti seçərkən alacağım maaşı yox, yetişdirəcəyim yeni nəslin gələcəyini düşünmüşəm.

Nurəddin BABAYEV,
Samux Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴