1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
“Torpaqqala” abidəsinə ekskursiya
30.06.2017 / No24

 

 

 


Qax rayonu Lələli kənd ümumi orta məktəbinin V-VII sinif şagirdləri Lələli kəndində yerləşən “Torpaqqala” abidəsinə ekskursiya ediblər.

Ekskursiyanın təşkil edilməsində məqsəd şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi, eləcə də Azərbaycan tarixinin tərkib hissəsi olan Qafqaz Albaniyası irsinin öyrənilməsi, ərazidə yerləşən bu qədim dövrə aid tarixi məkanların tanıdılmasıdır.

Ekskursiya zamanı şagirdlərə bölgənin tarixi-coğrafi mövqeyi, spesifik tarixi faktları, “Torpaqqala” abidəsi, onun müdafiə məqsədi ilə hazırlanması, oradan Alazan çayına qədər olan məsafə, ərazidən tapılan məişət əşyalarının qalıqları haqqında ətraflı məlumat verilib.

Sonda bələdçilər tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Günay MAHMUDOVA,
Qax Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴