1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Ağstafa məktəbliləri ekskursiyada olublar
30.06.2017 / No24

 
 

 

 


Ağstafa rayonu Poylu kənd tam orta məktəbinin şagirdləri bölgələrimizə ekskursiya ediblər. Ekskursiyada məktəbin müəllimləri və 9-cu sinif şagirdləri iştirak ediblər.

Məqsəd məktəbliləri milli vətənpərvərlik, tarixi keçmişimizə hörmət, adət-ənənələrimizə məhəbbət ruhunda tərbiyə etmək, Azərbaycanın tarixi və coğrafiyası ilə daha yaxından tanış etmək olub.

Məktəblilərin ilk dayanacağı Gəncə şəhərindəki Nizami məqbərəsi olub. Burada şagirdlər N.Gəncəvinin əsərləri, məqbərənin yaxınlığında şairin yaratdığı əsərləri tərənnüm edən tuncdan abidələri, ata-anasının qəbirlərini ziyarət ediblər.

İkinci dayanacaq isə Şəki şəhəri olub. Burada məktəblilər Şəki Xan sarayı, Şəki şəhər Tarixi Diyarşünaslıq muzeyi, Marxal gölü ilə tanış olublar. Ekskursiya zamanı şagirdlər tur bələdçiləri vasitəsi ilə Şəki şəhərinin tarixini əks etdirən maddi mədəniyyət nümunələri haqqında məlumat əldə ediblər.

Yol xəritəsi üzrə şagirdlər Şəki şəhərindən sonra Mingəçevir şəhərində olublar.

Nəcibə VƏLİYEVA,
Ağstafa Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴