1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.03.2017

// 18.03.2017

// 18.03.2017

Rəsmi xronika
02.07.2016/№25

 

 

 


* İyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Filippin Respublikasının Prezidenti Rodriqo Duterteyə bu ölkənin Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik məktubu göndərib.

* Prezident İlham Əliyev iyunun 30-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi və nazirliyin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

* İyunun 30-da ölkə başçısı İlham Əliyev “Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 29-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana İstanbulun Atatürk Hava Limanında törədilmiş amansız terror aktı nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.

* İyunun 29-da dövlət başçısı İlham Əliyev “Gəncə şəhəri ərazisinə yağan yağışlar nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

* Prezident İlham Əliyev iyunun 28-də “Şirvan şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

* İyunun 28-də ölkə başçısı İlham Əliyev Kanadanın General-Qubernatoru Devid Constona bu ölkənin milli bayramı - Kanada günü münasibətilə təbrik məktubu göndərib.

 

yuxarı ⤴