1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Təhsil naziri Fransanın nümayəndə heyətini qəbul edib
02.07.2016/№25

 

 

 


İyunun 30-da təhsil naziri Mikayıl Cabbarov Fransanın mərkəzsizləşdirmə və regionlararası əməkdaşlıq üzrə Milli Komissiyanın Baş katibi, Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin yerli hakimiyyətlərinin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi cənab Bertran Foru qəbul edib.
Görüşdə Azərbaycan və Fransa arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun əməkdaşlıq perspektivləri müzakirə olunub. Bu kontekstdə, iki ölkənin regionları arasında əməkdaşlıq çərçivəsində təhsil komponenti ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, görüşdə Azərbaycanda fransız dilinin tədrisi, Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ) layihəsi kimi məsələlərə də toxunulub.

 

yuxarı ⤴