1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.02.2017

// 18.02.2017



İbtidai siniflərdə uşaqlara fərdi yanaşma
02.07.2016/№25

 

 

 


Mehparə NƏHMƏDOVA,
Şirvan şəhəri 16 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Hər bir insan öz fərdiliyi ilə yeganə və təkrarsızdır. Fərdilik insanları bir-birindən fərqləndirən intellektual, iradi, mənəvi, sosial və başqa keyfiyyətlərin toplusu ilə səciyyələnir. Fərdi xüsusiyyətlərə hisslərin, duyğuların, təfəkkürün, yaddaşın, təxəyyülün, maraqların, meyillərin, bacarıqların, temperamentin özünəməxsusluğu aiddir. Düzdür, sinif-dərs təlim formasında təlimi fərdiləşdirmək mümkün deyil, lakin şagirdlərin fərdi xüsusiyyətlərinin maksimum nəzərə alınması vacibdir. Bu, fərdi yanaşmanın əsasını təşkil edir. Fərdi yanaşma hər şagirdin dərketmə qabiliyyətinin, fəallığının, meylinin və istedadının inkişafı üçün əlverişli imkanlar yaradır.
Təlimin fərdiləşdirilməsi tədris fəaliyyətinin şagirdin xüsusiyyətlərinə və imkanlarına, inkişaf səviyyəsinə uyğun təşkil olunmasını nəzərdə tutur. İbtidai sinifdə təlimin fərdiləşdirilməsi həm uşağın məktəbə hazırlanmasında yol verilmiş çatışmazlıqları, həm də onun psixoloji inkişafının xüsusiyyətlərini təlim prosesində nəzərə almağı tələb edir.
Fərdi yanaşmanı təmin etmək üçün müəllim öz şagirdlərinin fərdi xüsusiyyətlərini diqqətlə öyrənməlidir. Uşaqların fərdi xüsusiyyətlərini öyrənməyin əsas prinsipləri bunlardır:
1. Uşaq şəxsiyyətinin onun fəaliyyəti vasitəsi ilə öyrənilməsi. Bu, müəllim tərəfindən əməl olunması vacib olan mühüm prinsipdir. Şəxsiyyyətin bir çox xüsusiyyətləri birbaşa dərs prosesində açılır.
2. Məktəblinin kollektivin içində vəziyyətinin öyrənilməsi. Şagirdin fərdi xüsusiyyətlərini kollektivin şagirdə və şagirdin kollektivə olan münasibətindən öyrənmək olar.
Fərdi yanaşma ilk növbədə, şəxsiyyətin bu və digər cəhətlərinin formalaşmasına təsir edən fərdi, spesifik vəziyyətlərə bələd olmağı tələb edir.
Şagirdlərlə fərdi işdə üç məqam xüsusi əhəmiyyət kəsb edir:
1. Onlarla ünsiyyətdə isti, xeyirxah münasibət çox vacibdir. Xeyirxahlıq, sevgi uşağın inamsızlığına qarşı durmalıdır.
2. Müəllim hər bir məktəblinin, hətta ən çətin uşağın şəxsiyyətində mövcud olan müsbət cəhətləri aşkarlamalı və onun tərbiyəsində bu müsbət cəhətə əsaslanmalıdır.
3. Çox vaxt məktəblilərin mənəvi imkanlarına bəslənən açıq inam, etibar yaxşı nəticələr verir. Belə uşaqlar onlara göstərilən inamı çox yüksək qiymətləndirir.
Çətin uşaqlarla işin böyük çətinlikləri var. Bu iş zaman, qüvvə, səy, iradə və səbr tələb edir. Lakin alınan nəticələr bu işə sərf olunan qüvvə və vaxtı doğruldur. Yadda saxlamaq lazımdır ki, şəxsiyyətdə ilk mənfi təzahürlərin qarşısını almaq daha asandır, nəinki artıq kök salmış vərdişləri aradan qaldırmaq. Əgər biz uşaqların məktəbə gəldiyi ilk günlərdən tərbiyə işini düzgün qurub, mənfi təsirləri neytrallaşdıra bilsək, onda nə çətin uşaqlar olar, nə də insan şəxsiyyətinin formalaşması kimi bu şərəfli işdə uğursuzluqlar baş verər.


 

yuxarı ⤴