1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.02.2017

// 18.02.2017



Birinci dərəcə uğrunda yarış başa çatıb
02.07.2016/№25

 

 

 


İyunun 28-də Həmkarlar İttifaqı Respublika Şahmat-Dama Klubunda 2000-2008-ci il təvəllüdlü (16 yaşadək) oğlanlar və qızlar arasında I dərəcə uğrunda yarış başa çatıb.
Yarışda 72 nəfər (onlardan 7 nəfəri qızlardır) idmançı 1nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin, 2 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat İdman Məktəbini, 3 nömrəli Uşaq-Gənclər İdman Məktəbini, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbini, Həmkarlar İttifaqı Respublika Şahmat-Dama Klubunu, “AURA” İdman Kompleksini, “Sərhədçi” İdman Olimpiya Mərkəzini, Suraxanı GE, Sabunçu GE, Şağan Olimpiya İdman Kompleksini, “Neftçi” İdman Klubu İctimai Birliyini, Sumqayıt Uşaq-Gənclər Şahmat Məktəbini və Respublika Şahmat Klubunu təmsil ediblər.
Yarış İsveçrə sistemi (Buhqolts əmsallar sistemi) üzrə keçirilib.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov, HİRŞDK-nun direktoru Nazim Nurullayev, yarışın baş hakimi Xanlar Allahverdiyev qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.
Yarışda I, II və III yerləri tutmuş idmançılar müvafiq dərəcəli diplomlar, medallar və kuboklarla təltif olunublar.

 

yuxarı ⤴