1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 22.04.2017


 

 

 

 

 


Astara Rayon Uşaq-Gənclər İdman Məktəbinin sərbəst güləşçisi Əliabbas Rzazadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Rayon təhsil şöbəsindən aldığımız məlumata görə, Azərbaycan millisinin tərkibində çıxış edən astaralı güləşçi qitə çempionatının beşinci günündə 1/16 final mərhələsində mübarizəyə qoşulub.
Avropa çempionatında 50 kiloqram çəki dərəcəsində çıxış edən həmyerlimiz ilk görüşündə Rusiya təmsilçisi Georgiy Okorokov ilə yarışıb. Ə.Rzazadə bu görüşdə 6:5 hesabı ilə məğlub olsa da, rəqibin finala yüksəlməsi idmançının təsəlliverici görüşə qatılmasını təmin edib.
Təsəlliverici görüşdə isə Əliabbas Rzazadənin rəqibi türkiyəli Sinan Yıldırım olub. Astaralı güləşçi ikinci görüşündə rəqibi üzərində 10:0 hesablı inamlı qələbə qazanıb.
Üçüncü yer uğrunda görüşdə isə Əliabbas Rzazadə Gürcüstan təmsilçisi ilə üz-üzə gəlib. Növbəti qarşılaşmada da tam üstünlüklə qələbə sevincini yaşayan idmançımız qitə miqyaslı yarışın bürünc medalına sahib olub.

Rəşad RAMAZANOĞLU,
“Azərbaycan müəllimi”


 

yuxarı ⤴