1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Müəllim olmaq istəyənlər üçün elektron sınaq imtahanları keçirilir
07.07.2017 / No25

 
 

 

 


İyulun 4-dən başlayaraq Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi müəllim olmaq istəyənlər üçün yeni suallardan ibarət növbəti elektron sınaq imtahanı keçirir. Sınaq imtahanları həm Azərbaycan, həm də rus bölməsi üçün nəzərdə tutulub. İmtahanlar Bakı şəhəri 220 nömrəli tam orta məktəbdə elektron imtahan mərkəzində təşkil olunub.

Elektron sınaq imtahanının üstünlüyü ondan ibarətdir ki, iştirakçılar imtahan bitən zaman dərhal öz nəticələrini görə bilirlər.

Qeyd edək ki, bu imtahanlar cari ilin aprelindən keçirilir və ölkənin bütün bölgələrindən müəllim olmaq istəyənlər sınaq imtahanlarında iştirak edir.

Elektron sınaq imtahanında iştirak üçün Təhsil Texnologiyaları Mərkəzinə müraciət edərək qeydiyyatdan keçmək mümkündür.
 

yuxarı ⤴